Fransada keçirilən etirazlarda 144 nəfər saxlanılıb - Yenilənib
Fransanın hüquq-mühafizə orqanları bir neçə şəhərdə qiymət artımına qarşı keçirilən nümayişlər fonunda 144 nəfəri saxlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə BFMTV respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Telekanal onlaırn saxlanılma səbəblərini dəqiqləşdirməyib.
Gün ərzində Fransada 112 nümayiş keçirilib. Nazirliyin məlumatına görə, nümayişlərdə 82,5 min nəfər iştirak edib, təşkilatçılar isə onların sayının 150 min olduğunu hesab edir.
Paris Polis Prefekturasının məlumatına görə, ən böyük aksiya 21,5 min nəfərin, təşkilatçıların versiyasına görə isə 45 min nəfərin toplandığı Parisdə keçirilib.
Parisdə şənbə günü keçirilən etiraz aksiyalarında təxminən 21,5 min nəfər iştirak edib.
"Far.Az" "Le Parisien"ə istinadən xəbər verir ki, bu məlumatı Paris Polis Prefekturası təqdim edib, Tələbə İttifaqı isə paytaxt aksiyası iştirakçılarının sayını 45 min nəfər olaraq qiymətləndirib.
Həmkarlar ittifaqlarının məlumatına görə, ölkə üzrə nümayişlərə ümumilikdə 150 min nəfər qatılıb. Aksiyalarda "sarı jiletlilər" hərəkatının, həmkarlar ittifaqlarının və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə aksiyalara 82 500 nəfər qatılıb. Nazirlik keçən həftə Fransa üzrə 106 000 və Parisdə 24 000 etirazçı qeydə alıb. Yürüşün, əsasən, dinc xarakter daşımasına baxmayaraq, Parisdə polis ilə razılaşdırılmış marşrutdan kənara çıxmağa çalışan ayrı-ayrı etirazçı qrupları arasında toqquşmalar baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları güc tətbiq edərək icazəsiz yürüşlər təşkil etməyə çalışan maskalı şəxslərdən ibarət qrupları dağıdıblar.
Gərgin vəziyyət digər şəhərlərdə də müşahidə olunub. Prefekturanın 4,6 min iştirakçı qeydə aldığı Marseldə etirazçıların ayrıca bir qrupu əsas kolondan ayrılıb. Etirazçılar əmlaka ziyan vurub, yanğınlar törədib, o cümlədən avtomobilləri yandırıblar, buna cavab olaraq polis gözyaşardıcı qaz tətbiq edib.
Nantda polislə qarşıdurma baş verib, zibil qutuları yandırılıb. Bordoda aksiyada təxminən 4 min nəfər iştirak edib, həmçinin ayrı-ayrı toqquşmalar qeydə alınıb.
Etirazlar fonunda Fransa hakimiyyəti oktyabrın 17-də iğtişaşlar nəticəsində zərər çəkmiş müəssisələr üçün fövqəladə maliyyə yardımı almaq məqsədilə müraciətlərin qəbuluna başlandığını elan edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
"Global Media Group"un təşəbbüsü ilə növbəti ağacəkmə aksiyası keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub
-
Nasdaq indeksi 5,28 % geriləyib, şirkətlərin bazar dəyəri 4 trilyon dollar azalıb













