Vətəndaş əlillik dərəcəsinin ləğv olunmasından narazıdır: "Dedilər ki, çəkin çoxdur"
Baku TV-nin qaynar xəttinə müraciət edən Cəlilabad rayonunun Göytəpə şəhər sakini 48 yaşlı Zahid Qədirov illərdir ağır mədə-bağırsaq xəstəliyindən əziyyət çəkdiyini bildirir.
Şikayətçinin sözlərinə görə, ona 2019-cu ildə onikibarmaq bağırsaq xorası diaqnozu ilə ikinci dərəcəli əlillik təyin edilib. Lakin 2024-cü ilin yanvarında beşillik müddət başa çatdıqdan sonra əlilliyin bərpası üçün etdiyi müraciətlər nəticəsiz qalıb. O, hazırda çətin vəziyyətdə olduğunu bildirərək kömək istəyir.
"Dəfələrlə müraciət etmişəm. Hər dəfə müxtəlif səbəblər göstəriblər. Bir dəfə müalicə müddətinin az olduğunu yazdılar. Sonra müalicəmi davam etdirdim, amma yenə imtina cavabı gəldi və məni Masallıya göndərdilər. Məsələn, çəkimin üç-dörd kiloqram artıq olduğunu bildirdilər. Buna görə də əlilliyin təyin olunmasından imtina etdilər. Dedilər ki, çəkim normadan bir qədər artıqdır. Mən də çalışıram ki, bir az çəki atım, arıqlayanda vəziyyətim pisləşir. Onikibarmaq bağırsaq xorası xəstəliyim davam edir. Hazırda heç yerdə işləmirəm. Üç övladım var. Xahiş edirəm ki, əlilliyimin bərpa olunması üçün dövlət qurumları mənə kömək etsin", - deyə Zahid Qədirov bildirib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
ABŞ lideri: Putin Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə çalışır













