Meksika Venesuelaya humanitar yardımla dolu iki gəmi göndərib
Far.Az xəbər saytı

Meksika Venesuelaya humanitar yardımla dolu iki gəmi göndərib


Meksika hökuməti zəlzələdən zərər çəkmiş Venesuela sakinləri üçün Hərbi Dəniz Qüvvələrinin humanitar yardımla dolu iki gəmisini göndərib.

"Far.Az"un məlumatına görə, bu barədə Meksika Xarici İşlər Nazirliyi və Hərbi Dəniz Qüvvələri Nazirliyinin birgə bəyanatında bildirilib.

"Prezident Klaudiya Şeynbaumun Venesuela Respublikasına humanitar yardımın çatdırılması ilə bağlı göstərişlərinə uyğun olaraq, "İsla Holbox" və "Huasteco" logistika gəmiləri bu gün təxminən 2 003 kubmetr ərzaqla yola düşüb", - bəyanatda deyilir.

Humanitar yardıma butulka suları, şəxsi gigiyena vasitələri və dərman daxildir. Bundan əlavə, saatda 1 000 litr tutumlu dörd su təmizləyici qurğu və onların işçi heyəti Venesuelaya göndərilib.

Dəniz keçidinin altı gün davam edəcəyi gözlənilir.

Ötən həftənin əvvəlində Meksika həmçinin Venesuelaya səkkiz elektrik generatoru daşıyan təyyarə göndərib.

Oxşar xəbərlər

Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
Son üç saatda İrandan Azərbaycana 50 nəfər təxliyə edilib - YENİLƏNİB-6
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Son iki saatda İrandan Azərbaycana 10 nəfər təxliyə edilib - YENİLƏNİB-5

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər