Tayani: İtaliya hökuməti Trampın Meloniyə qarşı hücumlarına reaksiya verməyəcək
ABŞ Prezidenti Donald Trampın İtaliyanın Baş naziri Corcia Meloniya qarşı son hücumlarına baxmayaraq, Roma Vaşinqtonla sabit münasibətləri qorumalıdır.
"Far.Az" xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani və müdafiə naziri Qvido Krozetto "SkyTG24" efirində bildiriblər.
Trampın Melonini ələ saldığı yeni paylaşımını şərh edən XİN rəhbəri bildirib ki, Roma vəziyyətə rəsmi reaksiya verməyəcək, ancaq ABŞ ilə münasibətləri qorumağa davam edəcək.
"Biz strateji tərəfdaşımız, Avropa ilə yanaşı, Qərbin ən vacib hissəsi olan ABŞ ilə dostuq. Münasibətlərimiz fundamental xarakter daşıyır: ticari, siyasi, strateji. Biz Obamanın, Klintonun, Buşun, Reyqanın, Baydenin müttəfiqləri olmuşuq, ona görə də ayrı-ayrı bəyanatlardan çox-çox kənara çıxan siyasi münasibətlərimizi davam etdiririk", – A.Tayani bildirib.
İtaliyanın müdafiə naziri də eyni fikirdədir. Q.Krozetto vurğulayıb ki, ikitərəfli münasibətlər bütövlükdə dövlətlər arasında mövcuddur, ölkə liderləri isə "gəlib-gedirlər".
Qeyd edək ki, Tramp Meloni ilə dostluq münasibətlərini bərpa etmək niyyətində olmadığını bildirib.
Oxşar xəbərlər
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir













