Suriyanın turizm nazirinin müavini Dəməşqdəki partlayışda yaralanıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Suriyanın turizm nazirinin müavini Dəməşqdəki partlayışda yaralanıb - YENİLƏNİB


Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdə baş verən partlayışlar nəticəsində yaralanıb.

"Far.Az" xəbər verir ki, bu barədə "RİA Novosti" "Al-Hadath" telekanalına istinadən məlumat yayıb.

"Suriyanın turizm nazirinin müavini Fərəc əl-Kaşkuş Dəməşqdəki partlayışlar nəticəsində yaralanıb", - məlumatda bildirilib.

Daha əvvəl Suriyanın Daxili İşlər Nazirliyi bildirmişdi ki, orada baş verən partlayışlar səbəbindən Fransa Prezidenti Emmanuel Makronun Dəməşqə səfər proqramına və onun qaldığı otelə birbaşa təhlükə yaranmayıb.

Dəməşqdəki (Suriya) partlayışlar nəticəsində azı 18 nəfər xəsarət alıb, onların arasında dörd polis əməkdaşı var.

"Far.Az" xəbər verir ki, bu barədə Suriya mediası Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Suriyada səfərdə olan Fransa Prezidenti Emmanuel Makronun qaldığı "Four Seasons" hotelinin yaxınlığında bu gün iki partlayış baş verib.

Oxşar xəbərlər

Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər