Peşəkar Çövkən Liqasına yekun vurulub
Peşəkar Çövkən Liqasının son turunun oyunları və mükafatlandırma mərasimi keçirilib.
"Far.Az" xəbər verir ki, Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin ailə üzvləri və övladları fəxri qonaq qismində dəvət olunublar.
Əvvəlcə, Dövlət Sərhəd Xidmətinin Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə konsert proqramı təqdim olunub, daha sonra liqanın yekun qarşılaşmaları baş tutub.
Günün qarşılaşmasında "Sərhədçi" və "Elite" komandaları üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş "Elite" komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yekun xal cədvəlinə əsasən, "Sərhədçi" komandası topladığı xalların üstünlüyü ilə Peşəkar Çövkən Liqasının çempionu olub, "Elite" komandası ikinci, "Polad" komandası isə üçüncü yeri tutub.
Oyunlardan sonra keçirilən mükafatlandırma mərasimində Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev liqanın oyunlarını idarə edən hakimlərə diplomlar təqdim edib.
Turnirin qalibləri və mükafatçıları müvafiq olaraq qızıl, gümüş və bürünc medallarla təltif edilib, liqanın kuboku çempion "Sərhədçi" komandasının kapitanına təqdim olunub.
Tədbirin sonunda qaliblər və mükafatçılarla xatirə fotoşəkli çəkdirilib.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ağdam Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb













