"Cyber Summer School 2026" çərçivəsində voleybol turniri keçirilib
Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə Mingəçevir şəhərində keçirilən V "Cyber Summer School 2026" kiber yay düşərgəsi çərçivəsində iştirakçılar arasında voleybol turniri təşkil olunub.
"Far.Az"un Qərb bürosunun məlumatına görə, turnir AKTA, Mingəçevir Dövlət Universiteti, Gənclər və İdman Nazirliyinin Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışın əsas məqsədi iştirakçılar arasında komanda ruhunun gücləndirilməsi, sağlam həyat tərzinin təşviqi, fiziki aktivliyin artırılması, eləcə də düşərgə iştirakçıları arasında əməkdaşlıq və qarşılıqlı ünsiyyətin inkişafına töhfə vermək olub.
Maraqlı idman mübarizəsi şəraitində keçən turnirdə komandalar yüksək əzmkarlıq və komanda işi nümayiş etdiriblər. Yarışın yekununda ilk üç yeri tutan komandalara medal və diplomlar təqdim olunub.
Qeyd edək ki, V "Cyber Summer School 2026" kiber yay düşərgəsi çərçivəsində kibertəhlükəsizlik üzrə nəzəri və praktiki təlimlərlə yanaşı, iştirakçıların fiziki və sosial inkişafını dəstəkləyən müxtəlif idman və komanda fəaliyyətləri də təşkil olunur. Bu cür tədbirlər gənclər arasında sağlam həyat tərzinin təşviqinə, liderlik və əməkdaşlıq bacarıqlarının inkişafına, həmçinin düşərgə iştirakçıları arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir.
Oxşar xəbərlər
Mingəçevirdə V "Cyber Summer School 2026" kiber yay düşərgəsinə start verilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
"Cyber Summer School 2026"nın təlim proqramına start verilib
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı
-
Azərbaycanın böyüklərdən ibarət sərbəst güləş millisi Qubada toplanışa başlayıb
-
Mingəçevirdə tələbə bıçaqlandı, otaq yoldaşı saxlanıldı
-
Biləcəri-Yalama dəmir yolunu elektrikləşdirmək 450 milyon dollara başa gələcək
-
Bakı-Qazax yolunda avtobus "Mercedes"lə toqquşdu
-
Sabah Nizami rayonunun bəzi ərazilərində qaz olmayacaq













