62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov
Far.Az xəbər saytı

62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov


Vətən uğrunda canını ortaya qoyan şəhidlərdən biri olan Kamran Qasımovun anası Nailə Qasımova Baku TV-yə müsahibəsində oğlunun döyüş yolundan və onun qəhrəmanlığından danışıb.

O bildirib ki, Kamran oktyabrın 27-də döyüşdə qəhrəmancasına şəhid olub və nəşi iki gün neytral ərazidə qalıb. Lakin ailəsi həmin müddətdə oğullarının şəhid olmasından xəbərsiz olub.

Şəhid anası qeyd edib ki, noyabrın 26-sı Kamranın atasının doğum günü olub. Ailə üzvləri hər il olduğu kimi, həmin gün də Kamranın zəng edərək atasını təbrik edəcəyini gözləyiblər. Lakin bu dəfə oğullarının səsini eşitmək əvəzinə, onun bayrağa bükülmüş tabutunu qarşılayıblar.

Nailə Qasımova oğlunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan da danışıb. Onun sözlərinə görə, Kamran düşmənin pulemyotunu ələ keçirərək erməni hərbçilərinə qarşı istifadə edib, 62 döyüş yoldaşını mühasirədən çıxarıb. Həmçinin iki yaralı əsgəri kəndir vasitəsilə neytral ərazidən təhlükəsiz yerə çəkərək xilas edib.

Şəhid anası oğlunun göstərdiyi qəhrəmanlığın ailəsi üçün böyük qürur mənbəyi olduğunu vurğulayıb.

Oxşar xəbərlər

Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Nailə Balayeva: Jurnalistin əsas silahı mənbədir
Mayk Tayson "Tuzlu kahve"də
Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər