Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu
Far.Az xəbər saytı

Türkiyədə hərbi helikopter qəzaya uğradı: 5 hərbçi həlak oldu


Türkiyənin Eskişehir şəhərində təlim uçuşu həyata keçirən Hərbi Hava Qüvvələrinə məxsus helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində 5 hərbçi həyatını itirib.

Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza noyabrın 24-də Eskişehir vilayətinin Tepebaşı rayonunun Yörükakçayır ərazisində baş verib.

Məlumata görə, Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter təlim məqsədilə Eskişehirdən havaya qalxıb. Təxminən saat 19:30 radələrində baş verən qəza nəticəsində helikopter yerə çırpılaraq dağılıb.

Hadisə yerinə yanğınsöndürənlər, tibbi yardım, AFAD və digər operativ xidmətlərin əməkdaşları cəlb olunub. Helikopterin qalıqları aşkarlanıb.

Türkiyənin Milli Müdafiə Nazirliyi yaydığı açıqlamada qəzanı təsdiqləyib və helikopterdə olan 5 hərbçinin həlak olduğunu bildirib.

Hazırda qəzanın başvermə səbəbləri araşdırılır. Həlak olan hərbçilərin şəxsiyyətləri və hadisənin digər təfərrüatları ilə bağlı məlumatların dəqiqləşdirilməsi davam edir.

Oxşar xəbərlər

Leyla Əliyeva və Alyona Əliyeva Qubada internat tipli ümumtəhsil məktəbini və STEAM mərkəzini ziyarət ediblər
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Türkiyədə avtobus qəzaya uğradı: 15 yaralı var
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər