Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü
Far.Az xəbər saytı

Bakıda topunun arxasınca qaçan 10 yaşlı qızı avtomobil vuraraq öldürdü


Lökbatanda 10 yaşlı qızın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə şahidlər və uşağın atası danışıblar.

BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, şahidlərin sözlərinə görə, qız hadisədən əvvəl stadionda futbol oynayırmış. Müəlliminin topu götürməyi tapşırmasından sonra uşaq topun düşdüyü istiqamətə gedib. O, yolu keçmək istəyərkən avtomobil onu vurub.

Şahidlər bildiriblər ki, zərbədən sonra yerə yıxılan uşaq ayağa qalxaraq axsaya-axsaya yolun kənarına doğru hərəkət edib. İddialara görə, qadın sürücü avtomobili yenidən hərəkətə gətirərək uşağın üzərindən keçib.

Qızın atası bildirib ki, hadisə barədə işdə olarkən xəbər tutub və dərhal xəstəxanaya yollanıb:

"İşləyirdim, xəbər gəldi ki, övladınızı maşın vurub, xəstəxanaya aparıblar. Mən də təcili xəstəxanaya gəldim. Orada uşağım gözünü açdı. Dedi: "Ata, buradasan?" Sonra qardaşını da çağırmağımı istədi və evə getmək istədiyini bildirdi".

Qeyd edək ki, 10 yaşlı Emilya xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar xəbərlər

Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər