Avtobus səfərlərində çay, kofe, qəlyanaltı və Wi-Fi - Ekspertdən MARAQLI TƏKLİF
Azərbaycanda şəhərlərarası avtobuslarda sərnişinlərə əlavə xidmətlərin göstərilməsi və servis mədəniyyətinin formalaşdırılması təklif olunur. Bu məqsədlə avtobuslarda standart, komfort və premium xidmət modellərinin tətbiqi mümkün hesab edilir.
Far.Az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev bu barədə fikirlərini bölüşüb.
Ekspert hesab edir ki, son illər sərnişindaşıma sahəsində elektron bilet satışı, nağdsız ödəniş və xidmətlərin təşkili istiqamətində müəyyən irəliləyişlər əldə olunsa da, növbəti mərhələdə sərnişinlərə təqdim edilən əlavə xidmətlərin genişləndirilməsinə ehtiyac var.
Rauf Ağamirzəyevin sözlərinə görə, təxminən 7 il əvvəl Azərbaycanda bəzi şəhərlərarası avtobuslarda çay və kofe servisi mövcud olub. Bu təcrübənin yenidən gündəmə gətirilməsi və daha müasir formada inkişaf etdirilməsi məqsədəuyğun ola bilər.
O təklif edir ki, avtobuslarda xidmət səviyyəsinə uyğun üç fərqli model tətbiq edilsin. Standart avtobuslarda yalnız əsas sərnişindaşıma xidməti göstərilə, komfort kateqoriyasında su, çay və kofe təqdim oluna, premium avtobuslarda isə bunlarla yanaşı meyvə şirəsi, yüngül qəlyanaltılar, Wi-Fi və digər imkanlar yaradılmalıdır.
Ekspertin fikrincə, bu xidmətlərin bütün avtobuslarda məcburi şəkildə tətbiqinə ehtiyac yoxdur:
"Əsas məqsəd sərnişinlərə seçim imkanı yaratmaq, əlavə xidmətləri isə bilet qiymətindəki fərqə uyğun təklif etməkdir. Burada söhbət yalnız sərnişinlərə çay və kofe verilməsindən getmir. Əsas hədəf şəhərlərarası avtobus səfərlərini daha rahat, cəlbedici və rəqabətədavamlı etməkdir.
İctimai nəqliyyatın cəlbediciliyi yalnız marşrut şəbəkəsi və gedişhaqqı ilə müəyyənləşmir. Sərnişinin səfər müddətində əldə etdiyi rahatlıq və xidmət keyfiyyəti də nəqliyyat növünün seçilməsində mühüm rol oynayır".
Oxşar xəbərlər
Bakı bulvarında Çay Festivalı keçirilir
Bakı-Tbilisi-Bakı qatarında komfort, komfort+ və lüks siniflərdə getmək olacaq - NƏLƏR DAXİLDİR?
"Prior Lizinq" Balakəndə yeni filial açıb: Texnikaların satışı, servisi və ehtiyat hissələri artıq bir ünvanda
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
HONOR Azərbaycanda ikinci rəsmi mağazasını və ilk servis mərkəzini açdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













