İki baş həkim vəzifəsindən azad edildi
Gəncədə iki həkim vəzifəsindən azad edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Gəncə şəhər Abbas Səhhət adına xəstəxananın baş həkimi İlqar Əliyev işdən çıxarılıb.
Onun Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı aşkarlanan nöqsanlar səbəbindən vəzifədən kənarlaşdırıldığı ehtimal olunur.
Həmçinin, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Akademik Zülfüqar Məmmədov adına 3 nömrəli Xəstəxananın baş həkimi Türanə Abdullayeva da vəzifəsindən azad edilib.
T.Abdullayeva iki il əvvəl bu vəzifəyə təyin olunub. Onun vəzifədən uzaqlaşdırılmasının TƏBİB tərəfindən aşkarlanan nöqsanlarla bağlı olduğu ehtimal edilir.
Oxşar xəbərlər
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













