Ucarda bazarda ciddi nöqsanlar aşkarlandı, rəhbəri cəzalandırıldı
Ucar rayonunun 28 May küçəsində fəaliyyət göstərən "Ucar Ticarət Mərkəzi" MMC-yə məxsus qida məhsullarının satışı bazarında bir sıra nöqsanlar aşkarlanıb.
Far.Az xəbər verir ki, yoxlama zamanı bazarda və onun ərazisində yerləşən ictimai iaşə obyektlərində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Bildirilib ki, bazarda balıq, süd və süd məhsulları sanitar norma və qaydalara, gigiyena normativlərinə riayət edilmədən satışa çıxarılır, ictimai iaşə obyektlərində sanitar-gigiyenik tələblər gözlənilmir:
"Diri balıqların saxlanması və satışı, həmçinin məhsulların təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb, balıqlar sanitar-gigiyenik qaydalar gözlənilmədən birbaşa satış sahəsində təmizlənir və soyuducuda saxlanılmır. Süd və süd məhsulları sanitar-gigiyenik tələblərə və temperatur rejiminə riayət edilmədən açıq şəraitdə saxlanılır. Baxış zamanı qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi aşkarlanıb, həmçinin balıq, süd və süd məhsullarının müşayiətedici baytarlıq sənədləri (ekpertiza aktı, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilməyib.
İctimai iaşə obyektlərində də sanitar-texniki və sanitar-gigiyenik tələblər pozulub. Belə ki, əsas və yardımçı sahələrdə müvafiq təmizlik işlərinin aparılmadığı, qida məhsullarının hazırlanması, ləvazimatların yuyulması zamanı sanitar-gigiyenik qaydaların gözlənilmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı bazarın rəhbəri barəsində inzibati protokol tərtib edilərək inzibati məsuliyyətə cəlb edilib, nöqsanlar aradan qaldırılanadək balıq, süd və süd məhsullarının satışı sahələrinin və ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb".
Qalereya
Oxşar xəbərlər
Ev şəraitində baş verən zəhərlənmə və 162 şübhəli müraciət: Yayda nədən uzaq durmalıyıq?
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ət əvəzinə hamı balıq alır - Bazarda SON QİYMƏTLƏR
Bakıdakı bazarlardan birində balıq kürüsü satışında ciddi nöqsanlar aşkarlanıb
Bakıda ictimai iaşə obyektində YOXLAMA - Bu nöqsanlar aşkarlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda metronun işləməməsi ilə bağlı yeni qərar verildi, bəzi avtobuslar sərnişinləri pulsuz daşıyır
-
4 ərazidə təmir-bərpa işləri başa çatdırılıb
-
"Neftçi" bəyanat yayıb: "Bir çox hakimlər komandamıza qarşı qərəzli mövqe sərgiləyib"
-
Zelenski: Ukrayna ordusunun Donbasdan çıxarılması strateji məğlubiyyət olar
-
Ermənistanda "Nestle" uşaq qidasında toksin tapıldı: 10 tona yaxın məhsul məhv edildi
-
"Neftçi" ilə oyunda "Zirə"nin qaydalar çərçivəsində qol vurmadığı təsdiqlənib













