Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin genişləndirilməsi müzakirə edilib
Maliyyə naziri, Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Monteneqronun Baş naziri Miloyko Spayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə "Far.Az"a Maliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, qarşılıqlı investisiya imkanları və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
S. Babayev Azərbaycanla Monteneqro arasında münasibətlərin qarşılıqlı hörmət, etimad və ortaq maraqlar əsasında inkişaf etdiyini bildirib. O, 2013-cü ilin mart ayında imzalanmış "Dostluq münasibətləri və tərəfdaşlıq haqqında Bəyannamə"nin ikitərəfli əlaqələrin möhkəm təməlini təşkil etdiyini qeyd edib.
Nazir iqtisadi əlaqələrin dərinləşdirilməsində iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın rolunu vurğulayıb.
Onun sözlərinə görə, Komissiyanın 4-cü iclasının 2027-ci ildə Bakıda keçirilməsi əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirmək baxımından mühüm platforma olacaq.
S. Babayev ikitərəfli siyasi münasibətlərin yüksək səviyyədə olmasına baxmayaraq, mövcud ticarət dövriyyəsinin iqtisadi potensialı tam əks etdirmədiyini bildirib. Bu səbəbdən biznes dairələri arasında əlaqələrin intensivləşdirilməsinin, qarşılıqlı işgüzar təşəbbüslərin təşviqinin, eləcə də turizm, investisiya, infrastruktur və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
İnvestisiya əməkdaşlığından danışan nazir "Portonovi" layihəsini bu sahədə uğurlu nümunə kimi qeyd edib. O, əlverişli investisiya mühitinin təmin edilməsinin vacibliyini vurğulayaraq, Monteneqronun turizm, infrastruktur və digər strateji sahələrində yeni investisiya imkanlarının araşdırılmasında Azərbaycanın maraqlı olduğunu bildirib.
Görüşdə enerji və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri də müzakirə olunub. Tərəflər regional enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təchizatı marşrutlarının şaxələndirilməsində Azərbaycanın rolunu, Monteneqronun Cənub Qaz Dəhlizi üzrə Məşvərət Şurasının iclaslarında iştirakını, həmçinin İon-Adriatik Boru Kəməri layihəsinin perspektivlərini nəzərdən keçiriblər.
Bununla yanaşı, iki ölkənin maliyyə nazirlikləri arasında əlaqələrin inkişafı və təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri diqqət mərkəzində olub. Dövlət maliyyəsinin idarə edilməsi, fiskal siyasət, büdcə planlaşdırılması və rəqəmsal transformasiya ilə yanaşı, fiskal risklərin idarə olunması, dövlət xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması sahələrində ekspert səviyyəsində əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər ikitərəfli müqavilə-hüquq bazasının təkmilləşdirilməsi və vergi sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini də nəzərdən keçiriblər.
Bu çərçivədə, 2013-cü ilin mart ayında imzalanmış "Azərbaycan Hökuməti və Monteneqro Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"ya yenidən baxılması və bu istiqamətdə ekspert məsləhətləşmələrinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Öz növbəsində, M.Spayiç Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiklərini vurğulayaraq, investisiya, turizm, infrastruktur və enerji sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu bildirib.
Baş nazir Azərbaycan investorlarının Monteneqroda həyata keçirdiyi layihələrin ölkə iqtisadiyyatına mühüm töhfə verdiyini qeyd edərək, yeni investisiya təşəbbüslərinin və birgə layihələrin reallaşdırılmasında maraqlı olduqlarını ifadə edib.
Görüş zamanı, həmçinin, turizm, nəqliyyat və minatəmizləmə sahələrində əməkdaşlığın genişləndirilməsi istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













