Lökbatanda anbardakı yanğınla bağlı əməliyyat qərargahı yaradıldı - YENİLƏNİB-4
Bakının Lökbatan qəsəbəsində anbarda baş verən yanğının söndürülməsi istiqamətində əməliyyatlar davam etdirilir.
Far.Az xəbər verir ki, hadisə yerində cəlb olunan qüvvələrin koordinasiyalı fəaliyyətinin təmin olunması məqsədilə FHN-nin xüsusi qərargahı yaradılıb.
Əraziyə əlavə texnika və canlı qüvvə cəlb olunub, yanğının genişlənməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür.
Baku TV-nin yanğının baş verdiyi yerdən canlı yayımını təqdim edirik:
***09:19
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Bu barədə Far.Az-ə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə, anbardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.
***08.48
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Nazirliyin mətbuat xidmətindən Far.Az-ə bildirilib ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerindədir.
Əlavə məlumat veriləcək.
***
Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən anbarda baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir.
Far.Az xəbər verir ki, yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) aviasiya dəstəsinin helikopteri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
***06:21
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən böyük anbarların birində güclü yanğın başlayıb.
Far.Az report-a istinadən xəbər verir ki, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları, yanğınsöndürən texnikalar və canlı qüvvə cəlb olunub.
Hazırda yanğının qarşısının alınması və alovun söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Lökbatanda yanan anbardakı mallar təhlükəsiz əraziyə daşınır - YENİLƏNİB-4
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Binəqədidə yerləşən anbarda baş vermiş yanğın SÖNDÜRÜLDÜ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı













