Aİ Rusiyaya qarşı sanksiya siyahılarını daha 145 şəxs və qurumla genişləndirəcək – Yenilənib
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiya ilə bağlı sanksiya siyahılarına daha 145 fiziki və hüquqi şəxsin daxil edilməsini razılaşdırıblar.
"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro Brüsseldə jurnalistlərə bildirib.
"145 şəxs və təşkilata qarşı sanksiyalar təsdiqləndi", - o qeyd edib.
Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyaya qarşı sanksiyalar çərçivəsində 137 fiziki və hüquqi şəxs barəsində məhdudiyyətləri təsdiqləmək niyyətindədirlər.
"Report" xəbər verir ki, bu barədə Aİ-nin daxili sənədlərinə istinadən "EUobserver" məlumat yayıb.
Sanksiya siyahısına, xüsusilə, "Wildberries"in təsisçisi Tatyana Kimin əlavə edilməsi planlaşdırılır.
Bundan əlavə, siyahıya 49 Rusiya bankı və "Balans Straxovaniye" sığorta şirkəti daxil ediləcək.
Avropa İttifaqı Rusiyaya neft ixracından əldə etdiyi gəlirləri qoruyub saxlamağa kömək edən şirkətlərə isə xüsusi diqqət yetirmək niyyətindədir. Xüsusilə, layihədə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Sinqapur və Seyşel adalarında qeydiyyatdan keçmiş neft treyderləri və gəmiçilik şirkətləri yer alır. Aİ onları məhdudiyyətlərdən yan keçməklə Rusiya neftinin ticarəti sxemlərində iştirak etməkdə şübhəli bilir.
Daha əvvəl Aİ-nin diplomatiya rəhbəri Kaya Kallas Rusiya əleyhinə sanksiyaların genişləndirilməsi çərçivəsində banklara və gəmiçiliyə aidiyyəti olan şirkətlərə qarşı məhdudiyyətlər tətbiq etmək barədə planlarını açıqlamışdı.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
AQEM-in 7-ci Zirvə Görüşü keçirilib, İlham Əliyev tədbirdə çıxış edib - yenilənib-5
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Azərbaycanda daha bir həkim vəfat etdi
-
Andorra - Azərbaycan oyunu: Millimizdən üçüncü qol
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?













