Bu il ilk dəfə Azərbaycanda İstedadlar Sərgisi keçiriləcək
Far.Az xəbər saytı

Bu il ilk dəfə Azərbaycanda İstedadlar Sərgisi keçiriləcək


Bu il ilk dəfə Azərbaycanda İstedadlar Sərgisi keçiriləcək.

"Report" xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri Hasil Abbasov "Milli Məşğulluq Forumu" çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, noyabr ayının 16-dan 19-dək Azərbaycanda Məşğulluq Həftəsidir:

"Milli Məşğulluq Forumu və baş tuatacaq sərgi də bu həftə ərzində baş tutacaq".

H.Abbasov qeyd edib ki, Milli Məşğulluq Forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ peşələr, dayanıqlı məşğulluq, süni intellektin əmək bazarına təsiri, eyni zamanda peşə seçimi və karyerada düzgün yanaşma kimi sahələri əhatə etməkdir:

"Biz yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə çalışacağıq ki, gündəmdə olan, trendə çevrilən müasir çağırışlara cavab tapaq, həm gələcəyin əmək bazarına, həm də əmək bazarının gələcəyinə düzgün şəkildə işıq tutaq. Noyabrın 18-də Gələcəyin Peşələri Sammiti keçiriləcək, noyabrın 19-da isə Dövlət-Biznes Əməkdaşlıq Forumu ilə davam edəcəyik".

YENİLƏNİR

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Aşqabadda MAMA "Ana təbiət" beynəlxalq incəsənət sərgisi açılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər