Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq
Far.Az xəbər saytı

Vaan Kostanyan: Ermənistan TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlayacaq


Ermənistanda TRIPP çərçivəsində dəmir yolunun tikintisinə 2027-ci ildə başlanacaq.

Far.Az "Report"a istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Vaan Kostanyan ölkənin İctimai Televiziyasının efirində bildirib.

"Sünikdə ərazini dəmir yolunun tikintisinə başlamaq üçün hazırlayırıq. İlkin parametrlərimiz var", - o qeyd edib.

V.Kostanyanın sözlərinə görə, hökumət elektrik xətlərinin və yolların çəkilməsi imkanlarının ilkin qiymətləndirilməsini tapşırıb.

"Bu tədqiqatların nəticələrini yaxın aylarda alacağıq. Beləliklə, 2027-ci il genişmiqyaslı tikinti ili olacaq və biz əhəmiyyətli irəliləyişlər əldə edəcəyik", - nazir müavini deyib.

Onun sözlərinə görə, dəmir yolu marşrutu artıq müəyyən edilib. Hazırda Sünik bölgəsində hazırlıq və təmizlik işləri, eləcə də ilkin mühəndislik tədqiqatları aparılır. Kostanyan qeyd edib ki, bu, gələn il dəmir yolunun tikintisinə başlamağa imkan verəcək.

Oxşar xəbərlər

Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Prezident Naxçıvanda elektrik mühərrikli yeni avtobuslara baxıb, dəmir yolu infrastrukturunda aparılan yenidənqurma işləri ilə tanış olub
Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər