Türkiyədə hava şəraiti ilə bağlı 24 vilayət üçün sarı xəbərdarlıq edilib
Far.Az xəbər saytı

Türkiyədə hava şəraiti ilə bağlı 24 vilayət üçün sarı xəbərdarlıq edilib


Türkiyə Meteorologiya Baş İdarəsi (MGM) noyabrın 21-də gözlənilən güclü yağışlarla əlaqədar İstanbulun da daxil olduğu 24 vilayət üçün sarı kodlu xəbərdarlıq yayıb.

"Far.Az" xəbər verir ki, xəbərdarlığa əsasən, ölkənin bir sıra bölgələrində güclü leysan, şimşək və fırtına gözlənilir.

Şərqi Qara dəniz və Şərqi Anadolu bölgələrinin 2 000 metrdən yüksək dağlıq ərazilərində isə yağıntıların sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.

Meteoroloqlar sel, subasma, torpaq sürüşməsi, ildırım və güclü külək təhlükəsinə qarşı əhalini ehtiyatlı olmağa çağırıblar.

Oxşar xəbərlər

FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Vilayət Eyvazov polislərə vətəndaşların şikayətlərinin obyektiv və həssaslıqla araşdırılmasını tapşırıb
Qubada torpaq sürüşməsi baş verən kəndə ərzaq yardımı göndərilib
Ağsu dolaylarında TORPAQ SÜRÜŞMƏSİ: Yol qismən BAĞLANDI - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər