Ermənistanda azərbaycanlıların yaşadığı Güllübulaq kəndinin tarixi araşdırılıb
Ermənistanın indiki Şirak vilayətində yerləşən, tarixi mənbələrdə Güllübulaq adı ilə tanınan kəndlə bağlı araşdırma hazırlanıb. Kənddə azərbaycanlılara məxsus qəbiristanlığın qalıqlarının olduğu da müəyyənləşdirilib.
BAKU.WS xəbər verir ki, araşdırma "Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində "Yoxa çıxmış sivilizasiya" nəşrində dərc olunub.
Məlumata görə, kənd çar Rusiyası dövründə müxtəlif mənbələrdə Güllübulaq, Güllübulax və Gülübulax adları ilə qeyd edilib. Kənd ən azı 120 il Güllübulaq adını daşıyıb. 2006-cı ildə isə yaşayış məntəqəsinin adı Byurakn olaraq dəyişdirilib.
Tarixi statistik məlumatlara əsasən, XIX əsrin sonu və XX əsrin əvvəllərində kəndin əhalisinin böyük hissəsini qarapapaqlar təşkil edib. 1886-cı ildə burada 673, 1897-ci ildə 958, 1909-cu ildə 1023, 1913-cü ildə isə 1097 nəfər yaşayıb.
1922-ci ildə kənddə 826 nəfər qeydə alınıb ki, onların 791-i azərbaycanlı olub. Sonrakı illərdə də kəndin əhalisinin əsas hissəsini azərbaycanlılar təşkil edib. 1931-ci ildə 1268 azərbaycanlının yaşadığı kənddə 1959-cu ildə 1631 nəfər, 1970-ci ildə 2459 nəfər, 1979-cu ildə isə 2580 nəfər əhali qeydə alınıb.
Araşdırmaya görə, 1980-ci illərin sonlarında bölgədə yaranan gərginlik fonunda kəndin azərbaycanlı sakinləri Ermənistan ərazisindən çıxarılıb.
2021-2024-cü illərdə aparılan sahə araşdırmaları zamanı kənddə azərbaycanlılara məxsus qəbiristanlığın qalıqları aşkarlanıb. Ərazidə bir hissəsi salamat qalan onlarla məzar daşı müəyyən edilib.
Araşdırmada bildirilir ki, azərbaycanlıların kənddən çıxarılmasından sonra həmin qəbiristanlıqda ermənilərin də dəfn edildiyini göstərən daha yeni məzar daşları da mövcuddur.
Qalereya
Oxşar xəbərlər
"Qərbi Azərbaycanın yaddaş yerləri": Ermənistanın özününküləşdirdiyi Güllübulaq kəndində Azərbaycan qəbiristanlığı
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb
-
Qubada yol tamamilə çökdü













