Antisemitizmə yenidən yoluxan Fransa – tarixdən ibrət almayan Avropa
Far.Az xəbər saytı

Antisemitizmə yenidən yoluxan Fransa – tarixdən ibrət almayan Avropa


Qlobal miqyasda baş verən münaqişələr istisnasız olaraq miqrasiyalarla müşahidə olunur. Qarşıdumalarda iştirakçılardan olan etnoslar da müxtəlif cəmiyyətlərdə təzyiqlər, təqiblər və ictimai qınaqla üzləşirlər.

Son zamanlar Yaxın Şərqdəki hadisələr Avropa ölkələrində, daha çox Fransada antisemitzm meylinin güclənməsinə təsir göstərib. Amerika Yəhudi Komitəsinin (AJC) sifarişi ilə 1938-ci ildə əsası qoyulmuş Fransa İctimai Rəyi Araşdırma İnstitutu (İFOP) tərəfindən aparılan sorğu da bu ölkədə antisemitzmin gücləndiyini təsdiqləyir. Həmin sorğunun nəticələrinə əsasən, Fransadakı antisemitzm təhlükəsi səbəbindən yəhudilərin 65 faizi İsrailə və ya ABŞ-yə köçmə imkanını nəzərdən keçirir.

Sorğu iştirakçılarının 66 faizi Fransanı yəhudilər üçün təhlükəli ölkə hesab edib. Onların 82 faizi isə ən azı bir dəfə antisemitizm təzahürləri ilə üzləşdiklərini bildirib. Respondentlərin 48 faizi ictimaiyyətin mənfi reaksiyasından ehtiyat edərək yəhudi fərqləndirici simvollarını ictimai yerlərdə gəzdirməkdən imtina etdiklərini vurğulayıblar.

Avropada antisemitzmə görə Fransanın lider olması təsadüfi deyil. Çünki bu istiqamətdə rəsmi siyasi partiya liderləri və tərəfdarları təbliğat aparırlar.

Bu il ölkədə Fələstinə dəstək məqsədilə müstəqil həmrəylik mitinqləri, sosial-siyasi etiraz aksiyaları keçirilib. Həmin aksiyalarda nümayişçilər Qəzzada atəşkəsin təmin olunmasını, İsrailə qarşı sanksiyaların tətbiqini və ona silah satışının tamamilə dayandırılmasını tələb ediblər. Etirazçılar yürüşlərdə Fələstin bayraqlarını qaldıraraq Fransa hökumətinin Yaxın Şərq siyasətinin düzgün olmadığını bildiriblər.

Təxminən üç il əvvəl prefekturalara ictimai asayişin pozulmasına səbəb ola biləcəyindən Fələstinə dair nümayişlərin qadağan edilməsi barədə göstəriş verilib.

Odur ki, builki aksiyaların iştirakçıları hökumət və bələdiyyələr tərəfindən Fələstinə həmrəylik nümayişlərinə qoyulan məhdudiyyətlərə və senzura hallarına qarşı etirazlarını və həmin yasaqların aradan qaldırılmasını bildiriblər.

Bir sıra dövlətlərdəki kimi, Fransada da siyasi qüvvələr, hakimiyyət Fələstin məsələsindən ictimaiyyət arasında nüfuzunu artırmaq məqsədilə istifadə edir.

Rəyi sorşulan yəhudilərin 69 faizi 2027-ci ilin yazında keçiriləcək prezident seçkisində ultra sol Əyilməz Fransa Partiyasının namizədi Jan-Lük Melanşonun qələbə qazanacağı halında ölkəni tərk etməyə hazır olduqlarını bildiriblər.

AJC-nin Avropa üzrə vitse-prezidenti Ann-Sofi Saban-Bekşin sözlərinə görə, antisemit hadisələrin qurbanlarının dörddə üçü təhlükəsizliklərini Fransa hakimiyyəti təmin etmədiyi, öhdəlikləri yerinə yetirməyi üçün polisə rəsmi şikayətlə müraciət etməməyə üstünlük verir.

Respondentlərin 25 faizi isə sağ və sol siyasi düşərgələrdə antisemitizm ovqatının olduğunu bildiriblər.

Ultra sağçıların lideri Marin Le Penə münasibətdə isə respondentlərin 47 faizi oxşar fikir ifadə ediblər. Yəhudi icmasında bu iki şəxsə münasibət fərqlidir. Onların 86 faizi antisemitizmin artımına görə məsuliyyəti Melanşonun, 31 faizi isə Le Penin daşıdığını bildirib.

Fransada antisemit hücumların artdığına dair yəhudi icmasının nümayəndələri də məlumat yayırlar. Parisin cənubundakı icmanın başçısı Albert Miara antisemitizm və yəhudilərə hücumların artıdığını müşahidə etdiklərini bildirib. Onun sözlərinə görə, Fransa üzrə antisemit hadisələrin sayı dörd dəfə artıb.

Fransada yəhudi məktəbində müəllim işləyən Debora Alhadef deyib ki, ХаБаД düşərgəsindən olan uşaqlar təxminən 10 yaşında olan yerli yaşıdlarının təqibinə məruz qalıblar: "Yerli uşaqlar düşərgədəki yəhudi yaşıdlarını təhqir edərək onlara "murdar yəhudilər" deyiblər".

Parisdəki Böyük sinaqoqun ravvini Moşe Sabaq isə bildirib: "Yerli yəhudilər fransız mədəniyyətini və ölkəyə mənsubiyyətlərini çox sevirlər, buna görə də onlar üçün bəzən İsrailə köçmək çox çətin olur".

İsrail hökuməti Fransada baş verən etirazlar və iğtişaşlar fonunda yəhudilərin oradan mümkün kütləvi köçü imkanını nəzərdən keçirir.

Ümumiyyətlə, son 20 ildə Avropada, antisemitizm fəaliyyəti artıb. Hətta Avropa Parlamentində bu hallar mövcuddur. Sağçı və solçu fəaliyyətlər və buna dair ittihamlar vaxtaşırı həm sağçı, həm də solçu siyasi qrupları təmsil edən deputatlar bu istiqamətdə çıxışlar edir, fəaliyyət göstərirlər. Onlardan biri də "Renew Europe" fraksiyasının üzvü Natali Luazodur. O, anti-Azərbaycan çıxışları ilə Azərbaycan ictimaiyyətinə tanışdır. Azərbaycana qarşı davamlı olaraq böhtan, qərəzli mövqeyi ilə seçilən bu deputat oxşar iddialarla Fransadakı yəhudiləri də "qaralayır".

Həmin deputatlar Fransanın ictimai-siyasi mühitinin yetişdirmələridir. Avropa İttifaqı səviyyəsində kriminallaşdırılması və yəhudi icmalarının təhlükəsizliyinin gücləndirilməsi üçün xüsusi qətnamələr və büdcə prioritetləri qəbul edilməsi də antisemit çıxışların çox olduğunu təsdiqləyir.

Son bir il ərzində Fransadan aliyah (İsrailə köç) xeyli artıb. Bu, 2025-ci ildə 3 353 nəfər, 2026-cı ilin hesabat dövründə isə 4 364 nəfər olub.

Fransa Avropanın aparıcı dövlətidir. Orada baş verən etirazlar sonradan İttifaqın başqa dövlətlərində də yayılır. Bu baxımdan, Fransadakı antisemitizmin göstəricisi ümumavropa üçün xarakterik ola bilər. Bu ölkədə yəhudilərə qarşı ksenofobiya orta əsrlərdən dini təqiblərlə başlayıb, müasir dövrdə siyasi motivlərlə davam edir. Fransa Avropada yəhudilərə tam vətəndaşlıq hüququ verən ilk dövlət olsa da, antisemitizm hərəkatı da orada güclü olub. Tarixdən məlum olduğu kimi, bir zamanlar Yelisey Sarayının kralları əmlaklarını müsadirə etmək və borclarını silmək üçün 1182, 1306 və 1394-cü illərdə onlara qarşı ən böyük sürgünləri həyata keçiriblər.

Yəhudilərə bir sıra fəaliyyət sahələri, xüsusən torpaq sahibi və bir çox sənətlərlə məşğul olmaq qadağan edilmişdi. Onlar yalnız sələmçilik edərmişlər. Bu baxımdan, ehtimal etmək olar ki, son illə Fransanın Yaxın Şərqdə mövqelərini itirməsi antisemitizmi daha da gücləndirib.

İsrailin Livanda "Hizbullah" silahlı qruplaşmasına qarşı keçirdiyi həbi əməliyyatları Fransa məqbul qarşılamır. Paris hesab edir ki, bu əməliyyatlar Livan dövlətini zəiflədir. Bundan başqa, Fransa hakimiyyəti ABŞ-nin vasitəçiliyi ilə İsrail hökuməti ilə Vaşinqtonda Livanla aparılan birbaşa danışıqlardan, çərçivə sazişinin imzalanması prosesindən kənarda qalmağa üstünlük verib. Bu baxımdan, İsrail hökuməti Fransanın Livanla münasibətlərin normallaşması prosesinə vasitəçilik təşəbbüslərinə ehtiyatla yanaşır.

Yelisey Sarayı Livan hökumətinə nəzarət etməklə Yaxın Şərqdə itirdiyi mövqeyini saxlamağa cəhd göstərir. Habelə, Beyrutla Təl-Əviv arasında perspektivdə münasibətlər normallaşarsa, onda Fransa hakimiyyətinin Livanda görəcəyi bir iş də qalmır. Belə ehtimal etmək olar ki, İsrail hökumətinə təzyiq etmək məqsədilə rəsmi Paris yəhudilərə qarşı ənənəvi, tarixi tezislər əsasında təbliğat aparır. Bununla da Fransanın yəhudi vətəndaşların ölkəni tərk etməsinə nail olur. Bu istiqamətdə klassik iqtidar-müxalifət cütlüyünün birgə fəaliyyəti sorğudakı mənzərəninin yaranması ilə nəticələnir.

Bir zamanlar Napoleon Bonapart yəhudilərin cəmiyyətə inteqrasiyasını davam etdirməsinə imkan yaratsa da, başqa tərəfdən onların iqtisadi fəaliyyətini və hərəkət azadlığını məhdudlaşdıran fərmanlar imzalamışdı. Belə qənaətə gəlmək olar ki, Fransa və Avropada antisemitizmin ənəvəsi var.

Din, etnik, mədəni fərqlilik, yəhudi icmasının Avropa cəmiyyətlərinə inteqrasiyası üçün tətbiq edilən yazılmayan qaydalar, onların mütəşəkkilliyi, uğurlu maliyyəçi və bankçılıqları Aİ ölkələrində cəmiyyətdə müəyyən qısqanclıq, ksenofobiya yaradır.

İsrail dövlətinin formalaşması, güclənməsi və Yaxın Şərqdə güc olaraq çıxış etməsi, ABŞ ilə strateji müttəfiqliyi Fransa hakimiyyətinin yəhudi dövlətinə münasibətində özünü göstərir. Odur ki, bu ölkədə antisemitizm fransız cəmiyyətindən daha çox rəsmi Parisə sərfəli sayılır. O, ölkəsindəki yəhudi icmasına təzyiqlə ABŞ və İsraildən regionda maraqlarının təmini, əlavə güzəştlər əldə etmək üçün yararlanmağa səy göstərir. Bunun üçün ənənəvi müxalifət sayılan, "prezidentliyə növbətçi namizədlər" - 75 yaşlı Jan-Lük Melanşon və Marin Le Pendən, onların malik olduğu sosial bazanın imkanlarından yararlanır, Fələstin dövlətinin bayrağından isə saxtakarcasına istifadə edirlər.

"Kalita" adlı təşkilatın baş direktoru Ariel Kendel bildirib ki, yəhudiləri Fransadakı yerli antisemitizmdən xilas etmək lazımdır: "Təkcə Fransa küçəsi antisemit deyil, indi ona Fransa hakimiyyəti də qoşulub".

Deyəsən, Kendel düz deyir. Antisemitizm "xəstəliyi"nin fəsadlarını bir zamanlar Avropa, o cümlədən Fransa faşizmlə yaşayıb. Ona görə qitəni, elə fransızları da bu xəstə düşüncədən xilas etməyə ehtiyac var.

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər