PARŞ-ın İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib
Belçikanın paytaxtı Brüssel şəhərində Pan-Avropa Regional Şurasının (PARŞ) İcraiyyə Komitəsinin 24-cü iclası keçirilib.
Tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyəti də iştirak edib.
PARŞ-ın Baş Katibi Ester Linç gündəlikdə duran məsələləri diqqətə çatdırıb, təşkilatın fəaliyyəti və qarşıdakı dövr üçün prioritetləri barədə məlumat verib.
Tədbirdə PARŞ-ın 2027-ci il üzrə Fəaliyyət Planı, Baş Assambleyasına hazırlıq, Qadınlar və Gənclər komitələrinin hesabatları və maliyyə məsələləri nəzərdən keçirilib. Həmçinin BHİK-in sosial dialoq üzrə sorğusunun nəticələri, 2027-ci il üzrə gündəliyi və növbəti Qurultaya hazırlığın gedişi müzakirə olunub.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov çıxışında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən əmək hüquqlarının qorunması sahəsində görülən işlər barədə məlumat verib.
Azərbaycan həmkarlar ittifaqları tərəfindən bu istiqamətdə reallaşdırılan tədbirlər barədə danışan Konfederasiya sədri beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib, yeni çağırışlar fonunda ölkələrin həmkarlar ittifaqları arasında əlaqələrin gücləndirilməsinin, birgə yanaşmaların formalaşdırılmasının və qabaqcıl təcrübələrin tətbiqinin əhəmiyyətini diqqətə çatdırıb.
Çıxışda beynəlxalq əmək standartlarının, o cümlədən BƏT-in konvensiyalarının tələblərinin milli qanunvericilikdə nəzərə alınmasının, qadınların və gənclərin həmkarlar ittifaqlarının fəaliyyətində, kollektiv danışıqlarda və qərarların qəbulunda fəallığının artırılmasının önəmi vurğulanıb.
İclasda gündəlikdəki məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul edilib.
Səfər çərçivəsində PARŞ-ın Baş Katibi və bir sıra ölkələrin həmkarlar ittifaqları təşkilatları ilə görüşlər nəzərdə tutulub.
Oxşar xəbərlər
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Novruz və Ramazanla bağlı bayram tədbirləri
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə keçirilən minifutbol turniri başa çatıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq mərkəzləri ilə tanışlıq olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













