Hövsanda dəniz qəhvəyi rəngə boyandı: Xəzəri kim çirkləndirir?
Bakının Hövsan qəsəbəsində dəniz suyunun rəngi dəyişərək qəhvəyi rəng alıb. Sahildə müşahidə olunan bu mənzərə ərazidə yaşayan sakinlərin diqqətini çəkib.
Far.Az "Bizim.media"ya istinadən xəbər verir ki, görüntülərdə əsas narahatlıq doğuran məqam dəniz suyunun acınacaqlı şəkildə çirklənməsidir.
Qeyd edək ki, Hövsan sahilində xeyli müddətdir boruların çəkilməsi və sualtı işlər aparılır.
İddialara görə, boruların yeni rəngə boyanmasından və daha sonra suyun altına buraxılmasından sonra dənizin rəngində belə dəyişiklik müşahidə edilib. Ehtimal ki, istifadə olunan boya və ya digər materiallar suya qarışaraq bu mənzərəyə səbəb olub.
Əgər suyun rənginin dəyişməsi həqiqətən də aparılan işlərlə bağlıdırsa, bu, ciddi ekoloji narahatlıq doğurur.
Çünki dənizə boya və digər kimyəvi maddələrin qarışması təkcə suyun görünüşünə deyil, dəniz canlılarına və bütövlükdə ekosistemə də mənfi təsir göstərə bilər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehtiyev dənizin çirklənməsi ilə bağlı məsələnin araşdırılması üçün əraziyə əməkdaşların göndərildiyini bildirib.
Qalereya
Oxşar xəbərlər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"Global Media Group" "Xəzəri qoruyaq" ekoloji aksiyasına qoşulub
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













