Putin: Rusiya və ABŞ arasında Ukraynadakı münaqişə ilə bağlı anlaşma var
Far.Az xəbər saytı

Putin: Rusiya və ABŞ arasında Ukraynadakı münaqişə ilə bağlı anlaşma var


Rusiya və ABŞ arasında Ukraynadakı münaqişənin nizamlanması məsələsi üzrə anlaşma var.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Tramp və Çin sədri Si Cinpinlə üçtərəfli görüşün yekunlarına dair brifinqdə çıxışı zamanı bildirib.

"Ukraynanın nizamlanması üzrə kompromislər var, onlar ABŞ tərəfindən təklif olunub, biz onlarla, həm də, Ankoricdə razılaşmışıq", - Putin deyib.

Rusiya lideri həmçinin bəyan edib ki, Donald Trampın Ukrayna münaqişəsinin həllinə və Rusiya ilə münasibətlərin yoluna qoyulmasına səmimi şəkildə can atdığına şübhə etmir.

Bununla belə, Rusiya Prezidenti hesab edir ki, Avropa İttifaqı və Ukrayna döyüş əməliyyatlarının dayandırılmasına dair kompromislərə və razılaşmalara hazır deyillər.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər