"Qərbi Azərbaycanın yaddaş yerləri": Ermənistanın özününküləşdirdiyi Güllübulaq kəndində Azərbaycan qəbiristanlığı
"Qərbi Azərbaycanın yaddaş yerləri" layihəsi çərçivəsində Ermənistanda yarıdağılmış azərbaycanlı qəbiristanlığının qaldığı Güllübulaq (indiki Byurakn) Azərbaycan kəndinin tarixi haqqında araşdırma dərc olunub.
"Far.Az" xəbər verir ki, bu barədə məqalə "Perished civilization"da yayımlanıb.
Qeyd olunub ki, kəndin adı çar dövründə - Güllübulaq, Güllübulax, Gülübulax, sovet dövründə - Güllübulaq olub. Kənd ən azı 120 il ərzində Güllübulaq adını daşıyıb. 2006-cı ildə Ermənistanda Azərbaycan irsini erməniləşdirmək və məhv etmək siyasəti çərçivəsində kəndin adı Byurakn olaraq dəyişdirilib. Kənd 1995-ci ildən Ermənistan Respublikasının Şirak vilayətinin tərkibindədir.
Erməni mənbələrinin də istinad etdiyi çar dövrünə aid statistik məlumatlara əsasən, 1914-cü ilə qədər müxtəlif dövrlərdə kənddə yalnız və ya, əsasən, azərbaycanlıların əcdadları yaşayıblar. Ayrı-ayrı mənbələrdə onlar qarapapaqlar (azərbaycanlıların etnoqrafik qrupu) kimi göstəriliblər.
1886-cı il ailələr üzrə siyahılardan çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu:
1886-cı ildə kənddə hamısı qarapapaqlar olmaqla 673 nəfər yaşayıb.
Korkotyan Z. Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931):
1897-ci ildə kənddə 958 nəfər yaşayıb, onlardan 955 nəfəri azərbaycanlıların əcdadları olub.
Qars vilayətinin 1902-ci ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1901-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla, 975 nəfər yaşayıb.
Qars vilayətinin 1904-cü ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1903-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla, 996 nəfər yaşayıb.
Qars vilayətinin 1906-cı ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1905-ci ildə kənddə hamısı qarapapaqlar olmaqla, 1016 nəfər yaşayıb.
1909-cu ilə olan Qafqaz təqvimi:
1907-ci ildə kənddə 1020 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
Qars vilayətinin 1910-cu ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1909-cu ildə kənddə hamısı qarapapaqlar olmaqla, 1023 nəfər yaşayıb.
1912-ci ilə olan Qafqaz təqvimi:
1911-ci ildə kənddə 1046 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
Qars vilayətinin 1914-cü ilə olan yaddaş kitabçası və ünvan-təqvimi:
1913-cü ildə kənddə hamısı qarapapaqlar olmaqla, 1097 nəfər yaşayıb.
1915-ci ilə olan Qafqaz təqvimi:
1914-cü ildə kənddə 1137 nəfər, əsasən, qarapapaqlar yaşayıblar.
1919-1920-ci illərdə erməni hərbi dəstələri və Birinci Ermənistan Respublikasının qoşunları Rusiya işğalına qədər Osmanlı imperiyasına məxsus olmuş Qars vilayətində müsəlmanlara qarşı etnik təmizləmə həyata keçiriblər. Etnik təmizləmə İrəvan quberniyasında da, o cümlədən Zəngəzur, Qarabağ və Naxçıvanda baş verib.
Bu dövrdə kəndin əhalisi kəskin şəkildə azalıb. Bu, əvvəlki illərin məlumatlarını 1922-ci il Sovet Ermənistanı əhalisinin siyahıyaalınmasının nəticələri ilə müqayisə etdikdə görünür.
Korkotyan Z. "Son yüz ildə Sovet Ermənistanının əhalisi (1831-1931)":
1922-ci ildə kənddə 826 yaşayıb, onlardan 791 nəfəri azərbaycanlı olub.
1920-ci ilin sonunda Ermənistanda sovet hakimiyyəti elan edilib, 1921-ci ildə isə ölkədə kommunist rejimi qəti olaraq bərqərar olub. Bir tərəfdə Ermənistan SSR, Azərbaycan SSR və Gürcüstan SSR, digər tərəfdə Türkiyə olmaqla, bağlanmış 1921-ci il Qars müqaviləsinə əsasən, kənd Sovet Ermənistanının tərkibinə daxil olub.
1930-cu ildən kənd sonralar Amasiya adlandırılmış Ağbaba rayonunun tərkibində olub.
Erməni mənbələrinin məlumatına görə, kənddə 1980-ci illərin sonlarına qədər, əsasən, azərbaycanlılar yaşayıblar.
1926-cı ildə kənddə 1142 nəfər yaşayıb, onlardan 1134 nəfəri azərbaycanlı olub.
1931-ci ildə kənddə 1279 nəfər yaşayıb, onlardan 1268 nəfəri azərbaycanlı olub.
Manvelyan A.P., Martirosyan G.M. "Ermənistan SSR-in 1831-1959-cu illərdə yaşayış məntəqələri və əhalisi":
1959-cu ildə kənddə 1631 nəfər, əsasən, azərbaycanlılar yaşayıblar.
Akopyan T.X., Məlik-Baxşyan St.T., Barseqyan O.X. "Ermənistanın və ətraf vilayətlərin toponimləri lüğəti":
1970-ci ildə kənddə 2459 nəfər yaşayıb.
1979-cu ildə kənddə 2580 nəfər yaşayıb.
1989-cu ildə kənddə hamısı azərbaycanlı olmaqla, 305 nəfər yaşayıb.
1980-ci illərin sonlarında ermənilərin Qarabağa dair ərazi iddiaları və iki respublika arasında münasibətlərin gərginləşməsi nəticəsində azərbaycanlılar tamamilə Ermənistan SSR ərazisindən qovulublar.
Oxşar xəbərlər
Ermənilərin Ayqut adlandırdığı Gölkənd haqqında mühüm faktlar açıqlanıb - "Qərbi Azərbaycanın yaddaş yerləri"
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Güllüdüz kəndinin tarixi və əhali tərkibi ilə bağlı məlumatlar açıqlanıb
Ağbulaq kəndinin tarixi və əhalisi ilə bağlı məlumatlar sənədləşdirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Robert Fitso Serbiyada parlament seçkiləri öncəsi Vuçiçə dəstək verib
-
Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb
-
Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb
-
Tramp: İran nüvə silahını yaratmaq planlarından imtina edib
-
İngiltərə yığması Xorvatiyaya tarixində ən böyük məğlubiyyəti yaşadıb
-
Qubada yol tamamilə çökdü













