Azərbaycan və Gürcüstan XİN rəhbərləri regional əməkdaşlığı müzakirə ediblər - Yenilənib - 2
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Botçorişvili ilə görüşüb.
Bu barədə "Far.Az"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib.
Görüşdə ikitərəfli münasibətlərin cari vəziyyəti, əməkdaşlığın inkişaf perspektivləri, habelə regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Gürcüstanın Azərbaycanın yaxın dostu və strateji tərəfdaşı olduğu vurğulanıb, ölkələr arasında münasibətlərin tarixi dostluq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslandığı bildirilib.
Dövlət başçıları səviyyəsində intensiv dialoqun strateji tərəfdaşlıq gündəliyinin formalaşdırılmasında müstəsna rolu, habelə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin bu tərəfdaşlığın möhkəmləndirilməsindəki əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında müxtəlif sahələri əhatə edən zəngin müqavilə-hüquq bazasına və parlamentlərarası əlaqələrə diqqət çəkilib.
İqtisadi-ticarət əməkdaşlığının müsbət dinamikasından məmnunluq ifadə olunub, qarşılıqlı investisiyaların, biznes əlaqələrinin və ticarətin şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın son iclasında əldə edilmiş razılaşmaların icrasının vacibliyi diqqətə çatdırılıb.
Enerji sahəsində tərəfdaşlığın regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsi qeyd edilərək, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və Cənub Qaz Dəhlizi layihələrinin əhəmiyyəti vurğulanıb. Təbii qaz və elektrik enerjisinin təchizatı və tranzitinə dair imzalanmış sazişlərin, eləcə də Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlığa dair razılaşmanın yeni imkanlar yaratdığı bildirilib. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi layihəsinin irəlilədilməsinin əhəmiyyəti qeyd olunub.
Nəqliyyat və logistika sahəsində Orta Dəhlizin strateji əhəmiyyətinə toxunulub, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin tamamlanması müsbət nəticə kimi qiymətləndirilib.
Humanitar sahədə xalqlar arasında tarixi dostluq əlaqələrinin, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafının əhəmiyyəti vurğulanıb. Bakı-Tbilisi sərnişin dəmir yolu əlaqəsinin bərpasının ölkələr arasında münasibətlərin möhkəmləndirilməsindəki rolu qeyd edilib.
Regional və beynəlxalq məsələlərə toxunularaq, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığından məmnunluq ifadə edilib. Regional platformalara, o cümlədən Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatına diqqət çəkilib.
Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib.
C. Bayramov Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Azərbaycan mənşəli neft məhsullarının Gürcüstan ərazisindən Ermənistana ixracına başlanılması kimi fəaliyyətlər barədə həmkarını məlumatlandırıb. Gürcüstanın bu prosesə verdiyi töhfə yüksək qiymətləndirilib.
Bununla yanaşı, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsinin yaratdığı çətinliklər barədə qarşı tərəfə məlumat verilib.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili arasında geniştərkibli görüş olub.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan-Gürcüstan ikitərəfli münasibətlərinin bütün spektri, strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri, eləcə də regional və beynəlxalq məsələlər müzakirə olunub.
Nazirlər iki ölkə arasında tarixi əlaqələrə, mehriban qonşuluğa, qarşılıqlı hörmət və etimada əsaslanan çoxəsrlik dostluğun və strateji tərəfdaşlığın əhəmiyyətini bir daha təsdiqləyiblər. İkitərəfli əməkdaşlığın daha da gücləndirilməsində müntəzəm yüksək səviyyəli təmasların, xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin və digər institusional mexanizmlərin rolunu vurğulayıblar.
İqtisadi və ticarət əlaqələrinə, bu sahədə müşahidə olunan müsbət dinamikaya, qarşılıqlı investisiyaların və biznes əlaqələrinin təşviqinə, eləcə də ikitərəfli ticarətin şaxələndirilməsinə xüsusi diqqət yetirilib. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın sonuncu iclasında əldə edilmiş razılaşmaların həyata keçirilməsinin vacibliyi də vurğulanıb.
Nazirlər ikitərəfli enerji əməkdaşlığının regional və beynəlxalq enerji təhlükəsizliyinə töhfəsini qeyd ediblər. Təbii qaz və elektrik enerjisinin təchizatı və tranziti ilə bağlı razılaşmalardan irəli gələn imkanlar, həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerji sahəsində əməkdaşlıq müzakirə olunub. Xəzər dənizi-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizinin inkişaf etdirilməsinin əhəmiyyəti də diqqətə çatdırılıb.
Nazirlər Orta Dəhlizin regional nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsində strateji rolunu vurğulayıb, Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində modernləşdirmə işlərinin başa çatmasını alqışlayıblar.
İnsanlar arasında əlaqələrin, turizm, təhsil, elm, mədəniyyət və idman sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi də qeyd olunub.
Nazirlər regional və beynəlxalq proseslər ətrafında fikir mübadiləsi aparıb, qarşılıqlı hörmət və dəstəyə əsaslanan Azərbaycan-Gürcüstan əməkdaşlığının beynəlxalq təşkilatlar çərçivəsində inkişafından məmnunluqlarını ifadə ediblər. Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatı da daxil olmaqla, regional əməkdaşlıq platformalarının əhəmiyyəti vurğulanıb.
Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi, regional iqtisadi əməkdaşlığın və tranzit əlaqələrinin genişləndirilməsi istiqamətində səylər də müzakirə olunub.
Ceyhun Bayramov həmkarına Azərbaycanın Ermənistanla iqtisadi əlaqələrin inkişafı istiqamətində atdığı konkret addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və Gürcüstan vasitəsilə Ermənistana neft məhsullarının ixracına başlanılması barədə məlumat verib. Gürcüstanın bu prosesə verdiyi töhfə yüksək qiymətləndirilib.
Ceyhun Bayramov, həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və mina təhlükəsindən irəli gələn çətinliklər barədə məlumat verib.
Nazirlər qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Xarici işlər naziri Ceyhun Bayramovla Bakıda səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili arasında təkbətək görüş başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Happening now: Minister of Foreign Affairs of Azerbaijan Jeyhun Bayramov @Bayramov_Jeyhun is welcoming Vice Prime Minister and Minister for Foreign Affairs of Georgia Maka Botchorishvili @MakaB__ @AzerbaijanMFA. 🇦🇿-🇬🇪 https://t.co/UWgHRSrGqK
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 24, 2026
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan və Qazaxıstan XİN başçıları regional vəziyyəti geniş müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













