Azərbaycanda 20 istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır
Far.Az xəbər saytı

Azərbaycanda 20 istiqamətdə avtobus marşrutları müsabiqəyə çıxarılır


Azərbaycanda 20 istiqamətdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.

Bu barədə "Far.Az"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Bildirilib ki, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli, Gəncə-Naftalan, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə, Zaqatala-Gəncə, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki, Bərdə-Zaqatala, Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər şəhərlərarası avtobus marşrutları müsabiqəyə çıxarılır.

Sənədlər dekabrın 23-ü, saat 17:00-dək AYNA-da (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Firdovsi Cahangirov (mob: 077-455-99-06, e-poçt: cahangirov@ayna.gov.az) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

İddiaçıların təkliflərinə komissiya tərəfindən Bakı-Oğuz, Bakı-Göyçay, Gəncə-Zaqatala, Gəncə-İmişli və Gəncə-Naftalan istiqamətlərində 5 lot üzrə yanvarın 5-də, Naftalan-Şəki, Mingəçevir-Gəncə, Mingəçevir-Tərtər, Balakən-Gəncə və Zaqatala-Gəncə istiqamətlərində 5 lot üzrə yanvarın 8-də, Şəki-Oğuz, Tərtər-Gəncə, Şəki-Gəncə, Qəbələ-Şəki və Bərdə-Zaqatala istiqamətlərində 5 lot üzrə yanvarın 12-də, Bərdə-Gəncə, İsmayıllı-Göyçay, Şamaxı-Şirvan, Neftçala-Sumayıt və Bərdə-Tərtər istiqamətlərində 5 lot üzrə yanvarın 15-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.

Oxşar xəbərlər

Nazir bu müəllimləri təltif edildi - ADLAR
AYNA: Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər