Azərbaycan və Gürcüstan arasında dini sahədə əməkdaşlıq müzakirə olunub
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze ilə görüşüb.
Bu barədə "Far.Az"a Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Gürcüstan arasında mövcud olan dostluq və mehriban qonşuluq münasibətlərinin dini sahədə əməkdaşlığın inkişafına verdiyi töhfələr, eləcə də iki ölkənin müvafiq dövlət qurumları arasında əlaqələrin genişləndirilməsi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
R.Məmmədov Azərbaycanda formalaşmış dövlət-din münasibətləri modeli, dini etiqad azadlığının təmin olunması, dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi və ölkədə hökm sürən tolerantlıq mühitindən bəhs edib. O, Azərbaycanda yaşayan gürcü icmasının dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu, dini məbədlərdə təmir-bərpa işlərinin aparıldığını, eləcə də dini bayramların yüksək səviyyədə qeyd edilməsinə şərait yaradıldığını diqqətə çatdırıb. O həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən Gürcüstanda təşkil edilən iftar mərasimlərinin iki xalq arasında dostluq, qarşılıqlı hörmət və anlaşma münasibətlərinin möhkəmləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Z.Vaşakmadze Azərbaycanda dövlət-din münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi istiqamətində həyata keçirilən siyasətin təqdir olunduğunu qeyd edib. O, Azərbaycanda dini sahədə formalaşmış qanunvericilik bazasının tənzimlənməsi mexanizmlərinin Gürcüstan üçün də maraq doğurduğunu, bu istiqamətdə tərəfdaşlığın genişləndirilməsinin mühüm əhəmiyyət daşıdığını bildirib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dini sahədə əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin zəruriliyi qeyd olunub, qarşılıqlı səfərlərin intensivləşdirilməsi, mövcud imkanlardan səmərəli istifadə edilməsi perspektivləri müzakirə edilib.
Oxşar xəbərlər
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Almaniyanın xarici işlər naziri Azərbaycandakı dini konfessiyaların nümayəndələri ilə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir













