Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz!
Far.Az xəbər saytı

Aylıq 445 manat ödəməklə MƏNZİL SAHİBİ ola bilərsiniz!


İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 31 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 31 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 28 mənzil olmaqla, ümumilikdə 90 ədəd yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edib.

BAKU.WS fonda istinadən xəbər verir ki, yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 445 manatdan başlayır.

Yeni mənzillər 2026-cı ilin 1 dekabrında, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.

Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar "SİMA İmza"nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.

Hər kəs üçün bərabər seçim imkanının yaradılması məqsədilə imtinalardan formalaşan yaşayış sahələrinin seçimə təqdim edilməsini hər iş günü saat 11:00-dan etibarən elektron sistem həyata keçirir.

Oxşar xəbərlər

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Nərimanovda premium təmirli mənzillər 36 ayadək faizsiz, daxili kredit imkanı ilə satışda - "Kristal!"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər