IFC: Azərbaycanda aqrar sahədə 2 milyard dollardan çox maliyyə boşluğu var
Far.Az xəbər saytı

IFC: Azərbaycanda aqrar sahədə 2 milyard dollardan çox maliyyə boşluğu var


Azərbaycanda kənd təsərrüfatında 2 milyard ABŞ dollarından çox maliyyələşdirmə boşluğu var.

"Far.Az" xəbər verir ki, bunu Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Məhsul və Anbar Qəbzləri Layihəsinin meneceri Kirilo Muxomedjanov Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrində bildirib.

"Bu, əslində illik ehtiyacdır. Çünki fermerlər hər il məhsul yetişdirməlidirlər, hər il dövriyyə kapitalına ehtiyac var və əgər daha yaxşı texnologiyalara keçid etmək istəyiriksə, bunun üçün daha çox pula ehtiyacımız olacaq. Kənd təsərrüfatı ölkələrin ÜDM-nə 5-15 % töhfə verir. Ukrayna, Azərbaycan, Albaniya, Gürcüstan və Kosova kimi ölkələr dəyər zəncirinə görə fərqli olsalar da qanunauyğunluqlar demək olar ki, eynidir. Bu ölkələrin hamısı kifayət qədər maliyyələşdirilmir, çünki bank maliyyələşdirməsinin yalnız 3 %-ə qədəri kənd təsərrüfatına yönəlir",-deyə o qeyd edib.

Menecerin sözlərinə görə, KOB-larla bağlı qlobal miqyasda hələ də 4 trilyon ABŞ dolları məbləğində böyük bir boşluq mövcuddur: "Bunun bir çox səbəbi var. KOB-larla işləmə yanaşmalarımız köhnəlib və kifayət qədər iddialı deyil. Əgər hər şeyi düzgün edirik, əgər tənzimləmələr düzgündürsə, onda niyə boşluq hələ də mövcuddur? Bu yalnız bankların deyil, bütün infrastrukturun, fintexlərin və yeni yanaşmaların vəzifəsidir. Ən böyük problemlərdən biri girovdur. Kənd təsərrüfatı bu tendensiyalardan istisna deyil, çünki burada da 200 milyard dollarlıq qlobal maliyyələşdirmə boşluğu var. Halbuki, qlobal qidanın 35 %-ni kifayət qədər maliyyələşdirilməyən KOB-lar istehsal edir. Bu o deməkdir ki, daha az qidamız, daha az iş yerimiz var, yəni problem mövcuddur".

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Prezident Davosda "Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi" mövzusunda panel iclasında iştirak edib
KOB-lara dəstək və xidmətlərin göstərilməsi üzrə ixtisaslaşmış KOBİA-nın yaranmasından səkkiz il ötür
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər