Nqiem Vu Hay: İlham Əliyevin Vyetnama səfəri Bakı və Hanoy münasibətlərinin inkişafına təkan verəcək
Far.Az xəbər saytı

Nqiem Vu Hay: İlham Əliyevin Vyetnama səfəri Bakı və Hanoy münasibətlərinin inkişafına təkan verəcək


Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnama səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verəcək.

"Far.Az"un Hanoya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə jurnalistlərə Vyetnam və Azərbaycan Dostluq Assosiasiyasının fəxri prezidenti, ölkənin elm və texnologiyalar nazirinin sabiq müavini Nqiem Vu Hay (Nghiem Vu Khai) bildirib.

"Hazırda biz Hanoyda Azərbaycan Prezidenti İlham Əliyevi qəbul edirik. Düşünürəm ki, bu səfər siyasət, iqtisadiyyat, elm, texnologiya, təhsil, mədəniyyət və digər sahələrdə ikitərəfli münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verəcək", - o bildirib.

Onun fikrincə, səfərin yekunlarına əsasən iki ölkənin hökumətləri, böyük ehtimalla, ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üzrə öhdəliklərin yerinə yetirilməsi üçün fəaliyyət planı hazırlayacaqlar: "Düşünürəm ki, indi bunun üçün ən uyğun vaxtdır".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 19-da Vyetnama rəsmi səfərə gəlib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib
İlham Əliyev "Vietnam News Agency" agentliyinə müsahibə verib
Fuad Muradov Vyetnama səfər edib, Azərbaycan icması ilə görüşüb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər