Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək - Eksklüziv
Far.Az xəbər saytı

Litva XİN rəhbəri gələn həftə Azərbaycana səfər edəcək - Eksklüziv


Litvanın xarici işlər naziri Kestutis Budris noyabrın 24-26-da Azərbaycana səfər edəcək.

Bu barədə "Far.Az"a Litvanın Bakıdakı səfiri Kestutis Vaşkelyaviçyus bildirib.

Diplomatın sözlərinə görə, səfər iki ölkə arasında yüksək siyasi səviyyədə müntəzəm əlaqələrlə yanaşı, Litvanın Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti, eləcə də ikitərəfli tərəfdaşlığın gücləndirilməsinə sadiqliyini vurğulayır.

"2027-ci ilin birinci yarısında Litvanın Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində bu səfər həmçinin Vilnüsün sədrliyinin Aİ ilə Azərbaycan arasında münasibətlərin daha da inkişafına necə töhfə verə biləcəyini müzakirə etmək üçün dəyərli imkan yaradacaq", - səfir qeyd edib.

Oxşar xəbərlər

Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Litvanın Baş naziri İnqa Ruqiniene Heydər Əliyev Mərkəzində olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər