Litvanın Baş naziri İnqa Ruqiniene İçərişəhərlə tanış olub
Litvanın Baş naziri İnqa Ruqiniene dünya mədəni irs abidələri sırasında yer alan "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olub.
BAKU.WS xəbər verir ki, gəzinti zamanı Litvanın Baş nazirinə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş İçərişəhər, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə ətraflı məlumat verilib.
Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Sonra Qız qalası ilə tanış olan qonağa qala divarlarının inşa tarixi barədə ətraflı məlumat verilib. Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə – Buxara karvansarası ilə tanışlıq zamanı İnqa Ruqiniene bu tarixi məkanın keçmişi və bərpa prosesi barədə ətraflı məlumatlandırılıb. Bildirilib ki, qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.
Həmçinin qeyd olunub ki, burada ziyarətçilər sənətkarların yaradıcılıq prosesini yaxından izləmək, milli sənət nümunələrinin hazırlanma mərhələləri ilə tanış olmaq, eləcə də özləri üçün unikal suvenirlər əldə etmək imkanı əldə edirlər.
İçərişəhərdə gəzinti zamanı xanım İnqa Ruqiniene təndir çörəyinə qonaq edilib.
Daha sonra Litvanın Baş naziri orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə də tanış olub. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş tarixi abidənin tikililəri İçərişəhərin təpələrindən birinin ən hündür nöqtəsində yerləşir. O, Xəzər dənizindən və şəhərin ətrafındakı yüksəkliklərdən aydın görünür. Kompleks bu günədək öz tarixi-memarlıq üstünlüyünü saxlamaqdadır.
Qalereya
Oxşar xəbərlər
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İçərişəhərlə tanış olub
Leyla Əliyeva Əddis-Əbəbədə bir sıra sosial və mədəni obyektlərlə tanış olub
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
"ART Weekend" çərçivəsində "Püstə: canlı irs" performansı təqdim edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













