Almaniya Prezidenti Frank-Valter Ştaynmayer İçərişəhərlə tanış olub
Almaniya Prezidenti Frank-Valter Ştaynmayer və xanımı Elke Büdenbender aprelin 2-də dünya mədəni irs abidələri sırasında yer alan İçərişəhərlə tanış olublar.
Ali qonağın İçərişəhərə gəzintisi tarixi memarlıq abidəsi olan Qız Qalası ilə tanışlıqdan başlayıb.
Almaniya Prezidenti qala divarlarının inşasının tarixi barədə məlumatlandırılıb.
Bildirilib ki, eramızdan əvvəl VII-VI əsrlərdə əsası qoyulmuş Qız qalası XII əsrdə bərpa edilib. Hündürlüyü 28 metr, diametri 16-16,5 metr olan abidə silindr formalı əsl qaladan və cənub tərəfdən ona bitişən iri dayaq tikilidən ibarətdir.
Gəzinti zamanı Almaniya Prezidenti və xanımına UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, həmçinin burada aparılan təmir, abadlaşdırma və bərpa işləri barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, İçərişəhər ərazisində müxtəlif əsrlərə aid nadir tarixi memarlıq abidələri qorunub saxlanılır.
Sonra ali qonağa Xalq yazıçısı Maqsud İbrahimbəyovun xatirəsinə yaradılmış Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi haqqında məlumat verilib.
Almaniya Prezidenti orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi barədə də məlumatlandırılıb.
İçərişəhərlə tanışlıq Prezident Frank-Valter Ştaynmayerdə və xanımı Elke Büdenbenderdə xoş təəssüratlar yaradıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədrini kollektivə təqdim edib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Qala Qoruğu “Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyası”na üzv seçilib
"Xınalıq" qoruğuna dair məlumat bazasının yaradılması üzrə işlərə başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
İran XİN: Hörmüz boğazından keçid minalara görə məhdudlaşdırıla bilər













