Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni sədrini kollektivə təqdim edib
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Samir Nuriyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsinə yeni təyin edilmiş Rüfət Mahmudu kollektivə təqdim edib.
"Far.Az" xəbər verir ki, Samir Nuriyev təqdimat mərasimində çıxış edərək Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində 1977-ci ildə xalqımızın qədim memarlıq irsini, paytaxtımızın tarixini və mədəniyyətini əks etdirən İçərişəhər kompleksinə tarix-memarlıq qoruğu statusunun verildiyini bildirib.
Qeyd edilib ki, İçərişəhər ilə bağlı məsələlər daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Dövlətimizin başçısının 2005-ci il 10 fevral tarixli Sərəncamı ilə Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yaradılması həmin ərazidəki abidələrin, bütövlükdə kompleksin lazımi səviyyədə qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün mühüm qərar olub.
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyini xatırladan Samir Nuriyev deyib ki, 2009-cu ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yerli və beynəlxalq ekspertlər qrupu tərəfindən İçərişəhərin konservasiya üzrə Baş Planı hazırlanıb və 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib.
Prezident Administrasiyasının rəhbəri ötən dövr ərzində tarix-memarlıq abidələrinin qorunub saxlanması, onların öyrənilməsi, eləcə də turizm infrastrukturunun qurulması istiqamətində mühüm işlərin görüldüyünü, həyata keçirilən tədbirlərin ölkə rəhbərliyinin İçərişəhərə, ümumilikdə tariximizə, mədəniyyətimizə diqqət və qayğısının bariz nümunəsi olduğunu bildirib. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin bu istiqamətdə daha böyük əzmlə çalışacağına əmin olduğunu deyən Samir Nuriyev dövlət başçısının tapşırıqlarını kollektivin diqqətinə çatdırıb, yeni təyin olunmuş sədrə və idarənin əməkdaşlarına işlərində uğurlar arzulayıb.
Qeyd edək ki, R.Mahmudlu Prezident İlham Əliyevin fevralın 13-də imzaladığı Sərəncamla İdarənin yeni sədri vəzifəsinə təyinat alıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanda məhsul və xidmətin qiymətini hansı qurum tənzimləyir?
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
"Boeing" və "Lockheed Martin" şirkətləri 14,7 mlrd dollarlıq müqavilə imzalayıblar
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Yunanıstan və ABŞ Rubionun Afinaya səfəri zamanı üç sənəd imzalayacaqlar
-
Səudiyyə Ərəbistanı husilərin dinc sakinlərə hücumlarını pisləyib













