İrançılıq düşüncəsinin paradoksları
Far.Az xəbər saytı

İrançılıq düşüncəsinin paradoksları


"Təbriz Şəhər Şurasının üzvü Rəsul Bərgi son illər Güney Azərbaycan türklərinin mədəni-tarixi irsinin və ana dilinin müdafiəsi yönündə çıxışları ilə Arazın hər iki tayında geniş populyarlıq qazanıb.

Xüsusən sentyabrın 28-də onun dövlət televiziyasının "İran can" proqramında Təbriz əhalisinin ana dilinin fars dili kimi təqdim edilməsinə kəskin etirazı və "Anam heç farsca bilmir, uşaqlarım türk dilində danışır; Biz türkük, ana dilimiz türkcədir" deyə bəyan etməsi Azərbaycan Respublikasında geniş diqqət çəkib, mediada və sosial şəbəkələrdə bununla bağlı çoxsaylı paylaşımlar edilib. Lakin bunun ardınca srağagün, oktyabrın 4-də Rəsul Bərginin Təbriz bələdiyyəsinin növbəti iclasındakı çıxışı çoxları üçün gözlənilməz olub".

BAKU.WS xəbər verir ki, bu barədə "Azad İran" "YouTube" kanalının videosüjetində bəhs edilir.

"Belə görünür ki, o, son çıxışının Quzey Azərbaycanda doğurduğu reaksiyalardan əməlli-başlı ehtiyatlanıb, daha açıq desək, qorxuya düşüb. Ehtimal etmək olar ki, R.Bərgiyə bununla bağlı xəbərdarlıq da edilib və bu üzdən o, mövcud rejimə sədaqətini təsdiqləmək üçün həmin çıxışını irançılıq düşüncəsi əsasında qurub. Bərgi açıq şəkildə sərhədin o tayında, yəni Azərbaycan Respublikasında olan soydaşlarına işarə edərək, öz sözləri ilə desək, onun çıxışlarından çiçəklənmələrinə lüzum olmadığını bildirib və deyib: "Biz o Azərbaycana inanırıq ki, İranınkıdır. Biz Güney-Quzey Azərbaycan tanımırıq".

Bununla belə, o, əvvəllər davamlı şəkildə qabartdığı türk kimliyindən imtina etməyib, sadəcə olaraq həmin kimliyi irançılıq paradiqması çərçivəsində təqdim edərək deyib: "Biz İranın türkləriyik. Biz Quzey Azərbaycan-Güney Azərbaycan türkləri deyilik. Biz İran türkləri olmağımızla fəxr edirik və İranda da öz haqqımızı sonadək müdafiə edəcəyik" , - deyə videosüjetdə bildirilib.

Oxşar xəbərlər

İlham Əliyevin XIII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışının TAM MƏTNİ
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər