AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
Maliyyə sektorunda süni intellektin tətbiqi genişlənsə də, maliyyə qərarlarının tam avtomatlaşdırılması hələ məhdud səviyyədədir.
"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) "Data Science" şöbəsinin rəhbəri Ramin Dərvişov "X Beynəlxalq Bank Forumu"nda deyib.
O hesab edir ki, sektor iştirakçılarının texnologiyaya keçidi sürətləndirməsi ilə yanaşı, risklərin idarə edilməsi və qərarların etibarlılığı da ön plana çıxır.
Onun sözlərinə görə, maliyyə sektorunun təxminən 80 %-i süni intellektdən istifadə etsə də, bu tətbiqlərin yalnız 2 %-ə yaxın hissəsi tam avtonom sistemlərdir. Bu fərq maliyyə sektorunda süni intellektin əsasən qərarverməni dəstəkləyən vasitə kimi tətbiq olunduğunu göstərir.
R. Dərvişov bildirib ki, süni intellektin inkişaf tempi dünyada hər il təxminən 50 % artır və bu sürətə həm dövlət qurumları, həm də ölkələr uyğunlaşmalıdır. O qeyd edib ki, Mərkəzi Bankın rəhbərliyi bu istiqamətdə həyata keçirilən təşəbbüslərə dəstək verir.
Maliyyə sektorunda süni intellektin əsas tətbiq sahələri kredit risklərinin təhlili, fırıldaqçılıq və anomaliyaların aşkarlanması, sənədlərin emalı, eləcə də qərarvermə prosesinin dəstəklənməsidir.
Şöbə rəhbərinin fikrincə, qərarın düzgünlüyü ilə yanaşı, vaxtında verilməsi də mühüm əhəmiyyət daşıyır. Buna görə də maliyyə sektorunda süni intellektin tətbiqi ilə qərarvermə prosesinin sürətləndirilməsi əsas hədəflərdən biridir. Bununla belə, sürət qərarların keyfiyyəti və dəqiqliyi hesabına əldə edilməməlidir.
R. Dərvişov əlavə edib ki, maliyyə sektorunda qərarların birbaşa maliyyə nəticələrinə təsir etməsi tam avtonom sistemlərin tətbiqini ehtiyatlı yanaşma tələb edən istiqamətə çevirir. Yanlış qərarlar maliyyə itkiləri və ciddi problemlərlə nəticələnə bilər.
O bildirib ki, bu səbəbdən Mərkəzi Bank maliyyə sektoru ilə birlikdə süni intellektin idarə olunmasına dair metodoloji rəhbərlik hazırlayır. İlkin mərhələdə tövsiyə xarakteri daşıyacaq sənəd gələcəkdə tənzimləyici qaydaların formalaşdırılması üçün əsas rol oynaya bilər.
Metodoloji rəhbərliyin risk əsaslı yanaşma üzərində qurulacağı nəzərdə tutulur. Belə ki, süni intellektin tətbiqi ilə bağlı tövsiyə və tələblər maliyyə institutunun ölçüsündən və fəaliyyət səviyyəsindən deyil, istifadə olunan sistemin və konkret tətbiq sahəsinin risk dərəcəsindən asılı olaraq müəyyən ediləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













