Ərdoğan: Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur
Far.Az xəbər saytı

Ərdoğan: Qarabağda dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur


Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qurur mənbəyidir.

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan İğdır şəhərində keçirilən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına ünvanladığı müraciətdə bildirib.

Türkiyə dövlət başçısı müraciətində qeyd edib ki, Zəngəzur dəhlizinin açılması ilə həm Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələri güclənəcək, həm də Türkiyə ilə Türk dünyası arasında yeni bir bağlantı imkanı yaranacaq:

"Qarabağın zəfər sevincini birlikdə yaşadığımız kimi, Qafqazda sülh və rifah üçün də eyni qərarlılıqla çalışacağıq. Türkiyə tarix boyunca Qafqaz bölgəsinin acılarını da, sevincini də paylaşdı. Ortaq tariximizdən aldığımız güclə gələcək nəsillərə sülh və sabitlik mühitinin bərqarar olduğu regionu təhvil vermək istəyirik".

Rəcəb Tayyib Ərdoğan həmçinin Prezident İlham Əliyev ilə "Bir millət, iki dövlət" anlayışı əsasında imzalanan Şuşa Bəyannaməsi sayəsində iki ölkə arasındaki əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyini də vurğulayıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər