Naxçıvan Ali Məclisinin deputatı Qəzənfər Abdullayev mandatından məhrum edilib
Far.Az xəbər saytı

Naxçıvan Ali Məclisinin deputatı Qəzənfər Abdullayev mandatından məhrum edilib


Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin deputatı Qəzənfər Abdullayev mandatından məhrum edilib.

"Far.Az"un yerli bürosu xəbər verir ki, oktyabrın 1-də Naxçıvan MR Mərkəzi Seçki Komissiyasının (MR) iclası keçirilib.

İclasda VII çağırış Ali Məclisin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayevin deputat mandatından məhrum edilməsinə köməklik göstərilməsi barədə ərizəsinə baxılıb.

Onun müraciəti qanunvericiliyə uyğun qaydada MSK-da araşdırılıb və deputat mandatından məhrum edilməsi üçün qanuni əsasın olduğu müəyyənləşib.

MSK Q.Abdullayevin ərizəsini nəzərə alaraq Naxçıvan MR Konstitusiyasının və "Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilər haqqında" muxtar respublikanın qanununun müvafiq maddələrinə uyğun olaraq onun deputat mandatından məhrum edilməsi barədə qərar qəbul edib.

Oxşar xəbərlər

Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər