Elmar Baxşıyev: "İlk iki matçdakı heç-heçələr Azərbaycan yığmasının pley-off şansını azaldıb"
Futbol üzrə Azərbaycan yığmasının UEFA Millətlər Liqasının D liqasının 2-ci qrupunda keçirdiyi ilk iki matçda heç-heçə etməsi pley-offa yüksəlmək şansını azaldıb.
Bunu "Far.Az"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Elmar Baxşıyev deyib.
"Qəbələ" və "Araz-Naxçıvan" klublarının keçmiş baş məşqçisi Azərbaycanın Bakıda Litva üzərində 1:0 hesablı qələbəsini dəyərləndirib:
"Qrupda maksimum xal yığmaq vacibdir. Çünki ən çox xal toplayan komanda üçün pley-offa yüksəlmək şansı yaranacaq. Lakin millinin ilk iki matçda - Litva ilə səfərdə və Lixtenşteynlə evdə heç-heçə etməsi şansları xeyli azaltdı. Ötən gün, nəhayət, Litvaya Bakıda qalib gələrək ilk qələbə sevincini yaşadıq. Qələbənin pisi-yaxşısı olmur. Nəticə baxımdan bu bizə vacib idi. İlk hissənin ortalarına vurulan qol bizə üstünlük verdi. Təəssüf ki, növbəti qol şanslarımızdan yararlana bilmədik".
E.Baxşıyev komandada çatışmayan cəhətlərin çox olduğunu, lakin bunu zamanla aradan qaldırmağın mümkünlüyünü söyləyib.
Xatırladaq ki, Azərbaycan millisi qrupdakı son matçını noyabrın 13-də səfərdə Lixtenşteynə qarşı keçirəcək.
Oxşar xəbərlər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
UEFA Konfrans Liqası: "Qarabağ" Kiyev "Dinamo"sunu məğlub edərək pley-offa yüksəlib - YENİLƏNİB-5
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - YENİLƏNİB-5
UEFA Millətlər Liqası: Azərbaycan millisi ilk qələbəsini qazanıb - YENİLƏNİB-5
Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nokaut edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Albaniyada 127 gündür, etirazlar davam edir
-
UEFA Millətlər Liqasında IV turun növbəti oyunları keçirilib
-
Jezuş Ronaldonu Portuqaliya millisinə qaytarmağa hazır olduğunu bildirib
-
Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
-
Messinin Argentina millisində son oyunu bəlli oldu
-
Atası ilə son danışığından üç gün sonra şəhid oldu: Fərid Məmmədzadənin həyat hekayəsi













