Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub
Far.Az xəbər saytı

Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub


Rusiyanın paytaxtı Moskvada çoxfunksiyalı beşulduzlu "Rossiya" hotel kompleksinin açılıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Moskva meriyasının rəsmi saytında məlumat verilib.

Hotel kompleksinin ümumi sahəsi 64 min kvadratmetrdir. Binada səkkiz yerüstü və üç yeraltı mərtəbə var. Kompleksdə ümumilikdə 151 hotel nömrəsi mövcuddur.

Kompleksin tikintisini həyata keçirən "Kiyevskaya ploşad" şirkətlər qrupunun həmtəsisçisi və iş adamı Qod Nisanov bildirib ki, 1930-cu illərdə itirilmiş tarixi fasadları bərpa etmək mümkün olub.

Onun sözlərinə görə, hotelin əsas xüsusiyyətlərindən biri 6.5 min kvadratmetrdən çox sahəsi olan böyük spa mərkəzidir. Burada müasir avadanlıqlarla təchiz edilmiş tibb klinikası da fəaliyyət göstərəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
İlham Əliyev Qarabağ Universitetinin Klinikası binasının açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev "Zangilan City Park Hotel"in təməlini qoyub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər