Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Braziliyada prezident seçkilərində səsvermə başa çatıb - YENİLƏNİB


Braziliyada ümumi seçkilərdə səsvermə başa çatıb, vətəndaşlar həmçinin ölkə prezidentini də seçiblər.

"Far.Az" xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 5 oktyabr saat 00:00-da) bağlanıb.

Ölkənin Ali Seçki Məhkəməsi səslərin sayılmasına başlayır. Bununla belə, iş vaxtının başa çatdığı ana qədər növbələrin yarandığı məntəqələr, növbədə dayanan sonuncu seçici səsini verənə qədər vətəndaşları qəbul etməyə davam edir.

Seçkiqabağı sorğuların məlumatlarına əsasən, namizədlərdən heç biri, o cümlədən fəaliyyətdə olan prezident Luis İnasio Lula da Silva və onun əsas rəqibi senator Flaviu Bolsonaru səslərin mütləq əksəriyyətini (50%-dən çoxunu) toplaya bilməyəcək. Bu halda oktyabrın 25-də səsvermənin ikinci turu keçiriləcək.

Braziliyada elektron seçki qutularından istifadə edilən tam avtomatlaşdırılmış sistem sayəsində birinci turun ilkin nəticələri artıq bir neçə saatdan sonra məlum olacaq.

Braziliyada prezident seçkiləri keçirilir.

"Far.Az" xəbər verir ki, ölkə vətəndaşları dörd il müddətinə dövlət başçısını, eləcə də ştat qubernatorlarını, Deputatlar Palatasının və Federal Senatın tərkibini, həmçinin regional qanunverici məclislərin deputatlarını seçirlər.

Seçkilərdə prezident postuna 12 namizəd iştirak edir, 158 milyondan çox braziliyalının səsvermə hüququ var.

Səsvermə saat 17:00-da (Bakı vaxtı ilə 00:00-da) başa çatacaq.

Prezident postu uğrunda əsas mübarizə hazırkı dövlət başçısı Luis İnasiu Lula da Silva və sağ qüvvələrin namizədi, senator Flaviu Bolsonaru arasında gedir. Son ictimai rəy sorğularına görə, hər iki siyasətçi 45-48% səs dəstəyi ilə bərabər səviyyədə qiymətləndirilir. Əgər icra hakimiyyəti postlarına iddiaçılardan heç biri etibarlı səslərin 50%-dən çoxunu toplaya bilməsə, oktyabrın 25-də ölkədə seçkilərin ikinci turu keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər