Zelenski Almaniya ilə müdafiə sahəsində mühüm razılaşmaların əldə olunacağını açıqlayıb
Far.Az xəbər saytı

Zelenski Almaniya ilə müdafiə sahəsində mühüm razılaşmaların əldə olunacağını açıqlayıb


Kiyevdə Almaniya kansleri Fridrix Merzlə görüş keçirən Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya ilə müdafiə sahəsində bir sıra mühüm razılaşmaların əldə olunacağını açıqlayıb.

"Report" xəbər verir ki, o, bu barədə özünün "Telegram" kanalında yazıb.

"Bu gün Almaniya Federal Kansleri Fridrix Merts Kiyevdə səfərdədir. Ukrayna xalqının həyatını Rusiya zərbələrindən qorumaq istiqamətində ardıcıl olaraq liderlik nümayiş etdirən və ölkəmizə göstərdiyi bütün dəstəyə görə minnətdarıq. Bu gün həm Ukraynada, həm də bütün Avropada müdafiə imkanlarımızı artırmaq üçün qərarlar hazırlayırıq. Ukrayna ilə Almaniya arasında mühüm razılaşmalar olacaq", – deyə Ukrayna lideri qeyd edib.

Onun sözlərinə görə, Rusiya qoşunları Ukraynanın mülki infrastrukturuna hücumlarını davam etdirir və bununla əlaqədar müdafiə tədbirlərinin gücləndirilməsi zəruridir.

"Gecə ərzində rusiyalılar Ukraynaya 135 zərbə dronu buraxıblar, onlardan 50-dən çoxu reaktiv dron olub. Kiyev, Dnepropetrovsk, Xarkov, Donetsk və Sumı vilayətləri, həmçinin Zaporojye zərbələrə məruz qalıb. Ukraynanın bu terror qarşısında tək qalmaması vacibdir", – deyə Zelenski vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev və Federal Kansler Fridrix Merts mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-3
FHN-in Bakı Regional Mərkəzi kompleks mülki müdafiə təlimi təşkil edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyevin Qəbələdə Volodimir Zelenski ilə görüşü olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər