"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı
Far.Az xəbər saytı

"PlayStation 5" udmaq istəyirdi, amma "Changan Q07" qazandı - "Sürətlə Yeni Mövsümə" lotereyasının qalibi danışdı


Azerlotereya.com və Misli.az platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyasının sonuncu tirajının qalibləri müəyyənləşib və 2-ci avtomobilin sahibi bilinib. Bəxtəvər qalib Emil Sultanov "Changan Q07" qazanıb.

Qalib lotereyadan "PlayStation 5" udmağı arzulasa da, ona daha böyük hədiyyə - avtomobil qismət olub. Bundan əlavə, lotereyadan 250 manatlıq bonus qazanan Emil bəy sevincini ilk ailə üvzləri ilə bölüşüb.

Kampaniya çərçivəsində idman mərc oyunlarında hər 5 AZN məbləğində iştirak üçün 1 şans, digər oyunlarda (Virtual İdman, ePoz-Qazan, Lotereya) isə 2 şans əldə edərək bir-birindən dəyərli hədiyyələr uğrunda şanslar sınanılıb.

Ümumilikdə 24 ədəd "iPhone 17 Pro", 40 ədəd "PlayStation 5", 200 ədəd 250 manatlıq bonus və 2 ədəd "Changan Q07" avtomobili qazanılıb.

Qaliblər hər həftənin çərşənbə günü 21:00-da təsadüfi seçim alqoritminin köməyilə Misli.az-ın YouTube və "Azərlotereya" Telegram kanallarında canlı yayımda seçilib.

Ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Oxşar xəbərlər

Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
Şans dolu anlar: "Evini OBA ilə doldur"un üçüncü tirajının qalibləri seçildi!
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
"Azərlotereya" 2025-ci ildə 267 böyük uduş təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər