PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
PAŞA Bankın təşkilatçılığı ilə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda tədbir keçirilib. Tədbirdə ölkənin strateji investisiya layihələrinin maliyyələşdirilməsi, sindikatlaşdırılmış kreditlərdən istifadə imkanları, beynəlxalq maliyyə institutlarının (IFI) və inkişaf maliyyə institutlarının (DFI) bu prosesdə rolu, eləcə də yerli və beynəlxalq maliyyə qurumları arasında əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tədbirin açılışında PAŞA Bankın İdarə Heyəti sədrinin müavini Bəhruz Nağıyev və İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Süleymanov çıxış ediblər. Çıxışlarda Azərbaycanın investisiya potensialı, ölkədə həyata keçirilən iqtisadi islahatlar və biznes subyektləri üçün uzunmüddətli maliyyələşmə imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
PAŞA Holdinqin qrup üzrə baş iqtisadçısı Elman Eminov "Azərbaycan iqtisadiyyatına baxış" mövzusunda təqdimatla çıxış edərək ölkənin makroiqtisadi inkişaf perspektivləri, investisiya mühiti və iqtisadi artım tendensiyaları barədə məlumat verib. PAŞA Bankın Maliyyə İnstitutları bölməsinin rəhbəri Mirsəyyad Mahmudov isə "Azərbaycanın yerli investisiya layihələri: beynəlxalq maliyyə institutları və inkişaf tərəfdaşları vasitəsilə maliyyələşdirmə imkanları" mövzusunda təqdimatla çıxış edərək ölkədə planlaşdırılan investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarından bəhs edib.
Tədbirdə iqtisadiyyatın müxtəlif strateji sahələri əhatə edən investisiya layihələri təqdim olunub. AgroDairy şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Elnur Əliyev "Azərbaycanın ərzaq təhlükəsizliyinə investisiyalar: irimiqyaslı layihələrə ümumi baxış" mövzusunda çıxış edərək şirkətin kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi sahələrində həyata keçirdiyi layihələr və təşəbbüslər haqqında məlumat verib.
PASHA Real Estate şirkətinin qrup üzrə baş maliyyə inzibatçısı Vüqar Axundov "PASHA Real Estate: fəaliyyət istiqamətləri, inkişaf strategiyası və əməliyyat modeli" mövzusunda təqdimatla çıxış edib.
Azerbaijan Green Energy Company (AGEC) tərəfindən "Bərpa olunan enerji layihələri" mövzusunda təqdimat edilib. Təqdimatda Azərbaycanın yaşıl enerji gündəliyi, həyata keçirilən layihələr və bu sahədə mövcud investisiya imkanları haqqında məlumat verilib.
Tədbirin əsas hissələrindən biri yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanlarına həsr olunmuş panel müzakirəsi olub. PAŞA Bankın Xəzinədarlıq departamentinin direktoru Kamil Allahverdiyevin moderatorluğu ilə keçirilən paneldə LBBW, Nuqi Digital Wealth Ltd, Moonwake Investment və Veysəloğlu Şirkətlər Qrupunun nümayəndələri iştirak ediblər.
PAŞA Bank yerli bizneslərin uzunmüddətli maliyyələşmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi, beynəlxalq maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi və ölkə iqtisadiyyatı üçün əhəmiyyətli investisiya layihələrinin maliyyələşdirilməsinə dəstək istiqamətində fəaliyyətini davam etdirir.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













