Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb
Far.Az xəbər saytı

Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb


Dietoloq Lusiana Lança ürəyin sağlamlığını yaxşılaşdırmaq üçün gündəlik qida rasionuna bir sıra məhsulların daxil edilməsini tövsiyə edib.

Far.Az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, kartof, avokado, ispanaq, banan, lobya və kokos suyu ürək sağlamlığına müsbət təsir göstərir.

Dietoloq bildirib ki, kaliumla zəngin qidaların istehlakı və natriumun məhdudlaşdırılması ürək-damar sisteminin fəaliyyətinə faydalıdır.

Onun sözlərinə görə, kalium əzələlərin yığılması, ürəyin fəaliyyəti və qan təzyiqinin tənzimlənməsində mühüm rol oynayır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) böyüklərə gündə ən azı 3 510 milliqram kalium qəbul etməyi tövsiyə edir.

Bununla belə, mütəxəssis kaliuma olan ehtiyacın fərdi xüsusiyyətlərdən asılı olaraq dəyişdiyini vurğulayıb. Böyrək xəstəlikləri olan və ya müəyyən dərmanlar qəbul edən şəxslərin bu mineralın miqdarı ilə bağlı həkim məsləhəti alması vacibdir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Qaradağ rayonunda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib
İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib
Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya
Qan donoru olmaq üçün hansı şərtlər vacibdir? - Nazirlik rəsmisi AÇIQLADI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər