Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı
Far.Az xəbər saytı

Bakıda gölün bəndi yarıldı: Evlər su altında qaldı


Bülbülə gölünün suyu daşaraq ətrafdakı evləri basıb. Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mikayıl Müşfiq küçəsinin sakinləri gölün yaxınlığında kanalizasiya xəttinin çəkilişi zamanı bəndin yarıldığını iddia edirlər.

Far.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, göldən daşan su evlərin həm zirzəmilərinə, həm də yaşayış sahələrinə dolub.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, qeyd olunan ərazidə Bülbülə gölünün sahəsinin torpaqla doldurularaq kiçildilməsi və həmin ərazidə park salınması istiqamətində işlər aparılır. Paralel olaraq kanalizasiya xətləri də çəkilir.

Qurumun məlumatına görə, intensiv yağıntılar nəticəsində göldə suyun səviyyəsi yüksəlib və ətrafdakı həyətləri su basıb.

Hazırda əraziyə əlavə nasoslar quraşdırılır. Yaxın günlərdə həyətlərdəki suyun çəkilməsi və ərazinin təmizlənməsi təmin ediləcək.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər"
Zaur Mikayılov: "Dövlət Proqramının real nəticələrini insanlar 2029-cu ildən hiss edəcəklər" - MÜSAHİBƏ
Bakıda 7 küçədə üzərində evlər tikilən su-kanalizasiya xətlərinin yeri dəyişdirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər