Anar Əliyev: "Son 8 ildə minimum əməkhaqqı 3 dəfədən çox artıb"
Son 8 ildə Azərbaycanda minimum əməkhaqqı 3,1 dəfə artıb.
"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində vətəndaşların sosial rifahı davamlı olaraq yaxşılaşmış, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib: "Dövlət və icmal büdcə layihələri gələn ildə öz sosial yönümlüyünü saxlayacaq, əhalinin sosial müdafiəsi və məşğulluq imkanlarının daha da gücləndirilməsi üçün ciddi maliyyə təminatı yaradacaq. Dövlət başçısının verdiyi tapşırığa uyğun olaraq, sayca 6-cı sosial islahat paketi ilə bağlı 2027-ci ilin dövlət və icmal büdcə layihələrində müvafiq maliyyə təminatı yaradılıb. Məlum olduğu kimi, son 8 ildə 4 milyon vətəndaşımızı əhatə edən 5 böyük sosial islahat tədbiri icra edilmiş və bu islahatların illik əlavə maliyyə tutumu 8 milyard manat təşkil edib".
"İslahatlar nəticəsində minimum əməkhaqqı 3,1 dəfə, orta aylıq əməkhaqqı 2,2 dəfə, minimum pensiya və orta pensiya 2,9 dəfə artıb. Sosial müavinət və təqaüd xərclərinin maliyyələşməsinə ayrılan vəsait isə 5 dəfə artıb. Əlavə olaraq, yaşayış minimumu 73 % artıb, ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün ehtiyac meyarının həddi isə 2,3 dəfə yüksəlib. İslahatlar əmək bazarına da öz müsbət təsirini göstərib, 2018-ci ilin əvvəlinə nisbətən əmək müqavilələrinin sayı 597 min və yaxud 48 % artıb. Ölkə üzrə əməkhaqqı fondu 3,5 dəfə artaraq əhalinin rifah halının yaxşılaşdırılmasına təsir göstərib", - deyə nazir əlavə edib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
Muxtar Babayev: Azərbaycan və Türkiyə Cəbrayılda Meşə Təlim Mərkəzi yaradıb
-
Muxtar Babayev: İqlim maliyyəsi üçün yeni mexanizmlərin yaradılması vacibdir
-
Ronaldonun oğlu Portuqaliya millisində – Atasının yolunu davam etdirə biləcək?
-
Azərbaycanda daha bir həkim vəfat etdi













