Anar Əliyev: "Gələn il büdcədən sosial ödənişlərə və tibbi sığortaya 5,5 milyard manat ayrılacaq"
Far.Az xəbər saytı

Anar Əliyev: "Gələn il büdcədən sosial ödənişlərə və tibbi sığortaya 5,5 milyard manat ayrılacaq"


2027-ci ildə Azərbaycanda dövlət büdcəsindən əhaliyə sosial ödənişlər və tibbi sığorta üçün 5 milyard 503 milyon manat ayrılacaq.

"Far.Az" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Milli Məclisin bu gün keçirilən plenar iclasında - "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, həmin vəsait nazirliyin fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, əhali üzrə icbari tibbi sığorta xərclərinin, habelə haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulur.

"Belə ki, dövlət büdcəsi layihəsində müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə 2 milyard 200 milyon manat, aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün 470 milyon manat, sığorta-pensiya sistemində dövlət büdcəsi öhdəliklərinin maliyyələşdirilməsi üçün 1 milyard 600 milyon manat vəsait nəzərdə tutulub. Bundan əlavə, icbari tibbi sığorta çərçivəsində dövlət büdcəsinin vəsaiti hesabına ödənilən sığorta haqları üçün 1 milyard 100 milyon manat, işsiz şəxslərin sosial müdafiəsi məqsədilə həyata keçirilən haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün isə 133,5 milyon manat ayrılması planlaşdırılır", - deyə nazir əlavə edib.

Oxşar xəbərlər

Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
MM dövlət qulluqçuları və hərbçilərin pensiya təyinatı ilə bağlı təkmilləşdirməni qəbul edib
"Avrora Qrup" Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər