Aİ COP31 nümayəndələrini "təmiz enerji"yə keçidlə bağlı aydın mesaj verməyə çağırıb
Far.Az xəbər saytı

Aİ COP31 nümayəndələrini "təmiz enerji"yə keçidlə bağlı aydın mesaj verməyə çağırıb


BMT-nin İqlim Dəyişikliyi üzrə Konfransı (COP31) "təmiz enerji"yə keçidin və istixana qazı emissiyalarının azaldılmasının zəruriliyi ilə bağlı mümkün qədər aydın mesaj verməlidir.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının iqlim məsələləri üzrə komissarı Vopke Hukstra bildirib.

Onun sözlərinə görə, bazar ertəsi təqdim olunmuş yekun qərar layihəsi diqqəti emissiyaların ardıcıl şəkildə azaldılması zərurətindən yayındırır.

"COP31-in təmiz enerjiyə keçidlə bağlı, daha geniş mənada isə istixana qazı emissiyalarının dərhal, əhəmiyyətli və davamlı şəkildə azaldılmasının vacibliyinə dair mümkün qədər aydın mesaj verməsi son dərəcə vacibdir", - Hukstra vurğulayıb.

"Reuters" qeyd edib ki, layihə 200-ə yaxın ölkə arasındakı fikir ayrılıqlarını əks etdirir. Sənəddə qalıq yanacaqlarla bağlı iki fərqli variant yer alıb: onun istifadəsindən uzaqlaşma və daha qəti şəkildə mərhələli imtina. Hər iki müddəa yekun sənəddən çıxarıla bilər.

Danışıq iştirakçıları yenilənmiş layihəni bu həftənin sonlarına doğru təqdim etməyi planlaşdırırlar. Agentlik qeyd edib ki, Antalyadakı konfransın rəsmi bağlanışı noyabrın 20-nə planlaşdırılıb, lakin sənədin bu müddətədək razılaşdırılacağı hələ məlum deyil.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Şahi-Zində və Uluqbəy rəsədxanası mediaforum nümayəndələrini heyran edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər